Accessibility links

Misirdə parlament seçkiləri keçirilir


Misirdə şənbə və bazar parlament seçkilərinin ilk mərhələsi keçirilir. Bu seçki nəticəsində parlamentin ötən dəfə olduğu kimi prezident Abdel-Fəttah Əl-Sissinin tərəfdarları ilə dolacağı gözlənilir.

Misirdə höküməti açıq tənqid etmək müsbət qarşılanmı və hökümət son illərdə müxalifətə qarşı təqibləri artırıb. Təqiblər təkcə qadağan olunmuş Müsəlman Qardaşlığı qrupunun üzvlərini deyil, həm də sekulyar demokratiya tərəfdarı fəallar, jurnalistlər və onlayn tənqidçiləri hədəf alır. Bu isə o deməkdir ki, ölkədə prezidentə qarşı olan rəsmi siyasi müxalifət yoxdur.
parlamentin aşağı palatasındakı 596 yerdən 568-i üzərində keçirilən iki mərhələli seçkidə iştirak etmək üçün 63 milyon insan qeydiyyatdan keçib.

4000-dən çox müstəqil namizəd yerlərin 50 faizi uğrunda mübarizə aparır, 1100 nəfər isə namizədliklərini partiya üzərindən irəli sürüblər. yerlərin 5 faizinə isə Sissi 28 nəfəri təyin edəcək.

Misirin 27 vilayətindən 14-də, o cümlədən Giza və Aralıq Dənizi sahilində yerləşən liman şəhər İsgəndəriyyə bu həftə sonu seçkidə iştirak edir.

Paytaxt Qahirə və Sinay yarımadasındakı iki vilayət daxil olmaqla ölkənin 13 digər vilayətindəki seçicilər isə noybarın 7 və 8-nə təyin olunan seçkinin ikinci mərhələsində səs verəcəklər.

Səsvermənin hər iki mərhələsində ikinci raund baş tutacaq. Yekun nətcələr dekbar ayında açıqlanacaq və ondan qıda müddət sonra inaqurasiya sessiyası keçiriləcək.

XS
SM
MD
LG