Accessibility links

Misirdə yanacaq qiymətləri artır


Misir şənbə günü ölkənin zəifləyən iqtisadiyyatını bərpa etmək məqsədilə aparılan iqtisadi islahatlar və kəmər sıxma tədbirləri çərçivəsində yanacaq və qazın qiymətlərində kəskin artımların olacağını açıqlayıb.

Neft nazirliyi verdiyi bəyanatda yeni qiymətlərin artıq şənbə səhər qüvvəyə mindiyini açıqlayıb.

Qazın qiyməti hər silindr üçün 3,3 dollardan 5,6 dollara yüksəlib. Bu isə 60 faizlik bir artımdır.

92 ədədli mühərrik benzin markasının qiyməti 5 funtdan 6,75 funta, Aİ-80 markalı benzinin qiyməti isə 3,65-dən 5,5 funta qalxıb.

Bu, 2015-ci ilin sonunda kəmər sıxma təbirləri elan olunandan bəri artıq üçüncü dəfədir ki, hökümət yanacaq qiymətlərini artırır. Bu tədbirlər nəticəsində qiymətlərin daha da artacağı gözlənilir.

Rəsmilər qiymət artımlarını misirlilər Ramazan bayramını qeyd etdiyi bir vaxta təsadüf edib. Onlar bu artımların may ayında onlarla insanın Qahirədə metro qiymətlərinin artmasının əleyhinə nümayiş etdiyi zaman olduğu kimi bu dəfə fə etirazlara səbəb ola biləcəyindən narahatdır.

Son həftələrdə rəsmilər metro qiymətlərini 250, içməli suyu 45, elektrik qiymətini isə 26 faiz artırıb.

Qiymət artımı Misir subsdiyaların kəsilməsinin, ƏDV-nin tətbiq olunmasının və valyutanın üzməsinin də daxil olduğu geniş iqtisadi islahatlar apardığı vaxta təsadüf edir. Bu tədbirlər Misirin 2016-cı ildə Beynəlxalq Valyuta Fondundan üç illik 12 milyard dollar dəyərində kredit ala bilməsi üçün görülmüşdü.

Sərt kəmər sıxma tədbirləri iqtisadçılar və biznes liderləri tərəfindən tərifə layiq görülsə də, yoxsul və orta-sinif misirlilərin kəskin tənqidləri ilə üzləşib.
İqtisadi islahatların memarı Misirin prezidenti Əbdel Fəttah Əl Sissi hökümətin subsidiyaları kəsmək qərarını müdafiə edib. Daha öncə onun sələfləri bu islahatları həyata keçirməyə cəsarət etməmişdi.

O deyib ki, hökümət insanlara yanacaq, ərzaq və elektrik xərclərini qarşılamağa yardım etmək üçün subsidiyalara hər il 18,6 milard dollar pul xərcləyir. Onun sözlərinə görə, hər ailə 60 dollar əldə edir.

Misirin iqtisadiyyatı hələ də 2011-ci ildə Hüsnu Mübarəkin devirlməsi ilə nətilənən qiyamdan sonra bərpa olunmağa çalışır.

XS
SM
MD
LG