Accessibility links

Misirdə boru xəttində partlayış olub


Misirdə boru xəttində partlayış olub
Misirdə boru xəttində partlayış olub

Misir təhlükəsizlik qüvvələri deyir ki, sabotajçılar İsrail və İordaniyanı təchizatlarla təmin edən təbii qaz boru xətti stansiyasını partladıblar.

Rəsmilərin sözlərinə görə, partlayış bu gün səhər erkən saatlarda Sinay yarımadasının şimalında Əl-Əriş şəhəri ətraflarında, İsrail sərhədi yaxınlığında baş verib.

Bu, febral ayından bəri Sinay yarımadasındakı boru xəttdində həyata keçirilən 4-cü hücumdur.

Ölkədə siyasi hadisələrə gəldikdə isə nəzərinizə çatdıraq ki, ölkənin 3 böyük şəhərində insanlar küçələrə çıxaraq islahatların və sabiq prezidentin məhkəmə prosesinin gecikdirilməsinə etiraz edir.

XS
SM
MD
LG