Accessibility links

Misirdə inqilabın ildönümü qeyd olunur


Misirdə inqilabın ildönümü qeyd olunur
Misirdə inqilabın ildönümü qeyd olunur

Misirlilər Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən inqilabın birinci ildönümünü qeyd ediblər. Amma hakimiyyətin hərbçilərdən mülki vətəndaşlara təhvil verilməsinin ləngliyinə etiraz edən fəalların tətilinə az adamın qoşulması cəmiyyətdəki parçalanmanı göstərir.

Hərbi şuranın istefasına çağıran tətil aksiyası ciddi fasilələrə səbəb olmayıb. Parlamentdə çoxluq təşkil edən dindar qruplar və siyasi partiyalar aksiyanın əleyhinə çıxıblar.

Qahirənin dəmiryol stansiyasında və aeroportunda işlər qaydası üzrə gedib. Avtobuslar və metro də öz normal fəaliyyət göstərib və Asiyanı Avropa ilə birləşdirən Süveyş Kanalında insident qeydə alınmayıb.

Təhrir meydanına toplaşanların sayı cüzi olub. Dünən müdafiə nazirliyinin qarşısında keçirilən aksiyaya minlərlə fəal gəlmişdi. Mübarəkin gedişindən sonra ölkəni idarə edən hərbi şura hakimiyyətdə qalmaqda maraqlı olmadığını israr edir.

Bu gün hərbi idarəçilər Pentaqonun yüksək rütbəli generalı ilə görüşərək Misirdə ittihamlarla üzləşən 16 amerikalı QHT işçisinin durumunu müzakirə ediblər. Misirdən çıxması qadağan edilmiş amerikalılar hazırda ABŞ-ın həmin ölkədəki səfirliyində sığınacaq tapıblar.

XS
SM
MD
LG