Accessibility links

Misirdə nümayişçilər prezidentliyə namizədin ofisini yandırıblar


Devrilmiş Misir prezidenti Hüsnü Mübarəkin son baş nazirinin prezident seçkilərinin final mərhələsinə çıxmasından qəzəblənən nümayişçilər onun əsas kampaniya idarəsini dağıtmış və yandırmışlar.

Yanğınsöndürənlər Əhməd Şafiqin Qahirədəki qərargahında baş vermiş yanğını söndürdüklərini və heç kəsin xəsarət almadığını xəbər verirlər.

Bir neçə saat öncə bir neçə min nümayişçi Qahirənin Təhrir meydanına və Misirdəki başqa meydanlara toplaşaraq hərbi qüvvələrin, Şafiqin və Müsəlman Qardaşlarından namizəd Məhəmməd Mursinin ünvanına şüarlar səsləndiriblər.

Misirin ilk azad prezident seçkilərində İslamçı Mursi ən çox səs toplamış, dünyəvi Əhməd Şafiq isə ikinci yerə çıxmışdır.

XS
SM
MD
LG