Accessibility links

Misirdə partlayış baş verib


Misirin dövlət MENA xəbər agentliyinin verdiyi məlumata görə, bu gün Misirin ikinci ən böyük şəhəri İsgəndəriyyədə maşının altına yerləşdirilmiş bombanın partlaması nəticəsində bir polis zabiti daxil olmaqla, iki nəfər həyatını itirib.

Daxili İşlər Nazirliyi bildirib ki, dörd polis zabitinin də yaralandığı hücumda İsgəndəriyyənin təhlükəsizlik polisinin başçısı general-mayor Mustafa Əl-Nemrin hədəf alınıb. MENA Nemrə istinad edərək bildirib ki, partlayışda bir polis və bir sürücü ölüb.

Sosial mediada yer alan şəkillərdə hadisə yerində yanmış maşın və tüstünün olduğu göstərilir.

“Şənbə, martın 24-də İsgəndəriyyənin təhlükəsizlik polisi başçısının keçdiyi yerdə bir maşının altına yerləşdirilmiş bomba partladılıb,” deyə Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.

Şahidlər deyib ki, polis və təhlükəsizlik işçiləri partlayışın baş verdiyi məkanı bağlayıb. Hadisə ölkədə keçiriləcək prezident seçkilərindən iki gün öncə baş verib.

XS
SM
MD
LG