Accessibility links

Misirin ən qədim qayığı yeni evinə köçürülüb


FILE - King Khufu's solar boat is displayed at a museum on the northern side of Khufu's Great Pyramid, in Giza, Egypt, Aug. 31, 2016.
FILE - King Khufu's solar boat is displayed at a museum on the northern side of Khufu's Great Pyramid, in Giza, Egypt, Aug. 31, 2016.

Rəsmilər şənbə günü bildiriblər ki, Misirdə tapılan və uzun müddətdir ki, Giza piramidalarının yanında sərgilənən, dünyanın ən qədim və ən böyük taxta gəmisi Kral Khufu Qayığı nəhəng bir muzeyə köçürülüb.

Günəş Gəmisi olaraq da bilinən 4600 illik gəmi, bu ilin sonunda açılacaq Böyük Misir Muzeyinə (GEM) köçürülüb.

"Nəqliyyat layihəsinin məqsədi gələcək nəsillər üçün bəşəriyyət tarixində ağacdan hazırlanan ən böyük və ən qədim üzvi artefaktın qorunması və saxlanılmasıdır" deyə Turizm və Qədim əsərlər nazirliyinin açıqlamasında deyilir.

Uzunluğu 42 metr və ağırlığı 20 ton olan sidr ağacı gəmisini yeni evinə daşımaq 48 saat çəkib. Nazirlikdən bildiriblər ki, gəmi GEM -ə şənbə günü səhər saatlarında köçürülüb.

GEM layihəsinin baş nəzarətçisi Atef Moftah bildirib ki, gəmi xüsusi olaraq bu əməliyyat üçün idxal edilən uzaqdan idarə olunan bir avtomobildə daşınan bir metal qəfəs içərisində tək parça olaraq daşınıb.

1954 -cü ildə Böyük Piramidanın cənub küncündə kəşf edilən gəmi onilliklər ərzində Giza Yaylasındakı adını daşıyan bir muzeydə sərgilənirdi.

Misir 17 ildir fasilələrlə tikilməkdə olan Böyük Misir Muzeyinin açılışında muzeydə 100 mindən çox əsərin olacağını bildirir.

XS
SM
MD
LG