Accessibility links

Misirin prezident seçkilərində islamçı Məhəmməd Morsi qələbə əldə etdiyini bildirib


Misirin hakim hərbi hökuməti yeni seçilmiş prezidentdə hakimiyyətin ayın sonunda təhvil veriləcəyini bildirib. Bəyanat Misirdə Hüsnü Mübarəkin hakimiyyətdən salınmasından sonra keçirilən ilk prezident seçkilərində islamçı Məhəmməd Morsi qələbə əldə etdiyini bildirməsindən sonra səslənib. Onun əsas rəqibi sabiq baş nazir Əhməd Şəfiq isə onun qələbəsini sual altına alır.

Müsəman Qardaşları partiyasından olan cənab Morsi qeyri-rəsmi nəticələrə görə, səslərin 52 faizini əldə etdiyini deyib. Cənab Şəfiqin isə 48 faiz səs topladığı bildirilir.

Kampaniyasının baş qərargahında çıxış edən Morsi müsəlman və xristianların lideri kimi qisas və ayrı-seçkiliyə yol verməyəcəyinə vəd verib.

"Biz sivil, demokratik, konstitusiyalı və müasir Misir üçün sabitlik, qardaşlıq və sevgi istəyirik."

Əhməd Şəfiqin yardımçısı Mahmud Barake Müsəman Qardaşlarının bəyanatına münasibət bildirərək deyib ki, islamçılar seçki prosesini oğurlayaraq, rəsmi nəticələri gözləməkdən imtina edir.

XS
SM
MD
LG