Accessibility links

Misirin sabiq prezidenti Mursi məhkəmə zalında vəfat etdikdən bir gün sonra dəfn edilib


Məhəmməd Morsi
Məhəmməd Morsi

Misirin ilk demokratik yolla seçilən və daha sonra hakimiyyətdən devrilən sabiq prezidenti Məhəmməd Mursi bazar ertəsi Qahirədə məhkəmə zalında vəfat etdikdən bir gün sonra çərşənbə axşamı dəfn edilib.

Mursinin vəkili deyib ki, ailə üzvləri Qahirənin Tora həbsxanasındakı məsciddə cənazə namazı qılıb və daha sonra paytaxtın Nəsr rayonundakı qəbiristanlığında dəfn mərasimində iştirak edib.

Məhəmməd Mursi
Məhəmməd Mursi

Məhəmməd Mursinin oğlu Əhməd deyib ki, təhlükəsizlik idarəsi onunn Şərqiə vilayətindəki ailə qəbiristanlığında dəfn olunmasına icazə verməyib və onu Qahirədə tanınmış islamçılar üçün ayrılan məzarlıqda dəfn edib.

Rəsmilər 67 yaşlı Mursinin Qahirədə məhkəmə qarşısında çıxış etdiyini, şüşə qəfəsin arxasından beş dəqiqə danışdıqdan bir neçə dəqiqə sonra yerə yıxıldığını deyib.

Dövlət televiziyasının verdiyi məlumata görə, Mursi xəstəxanaya çatdırılsa da, orada infarktdan ölüb. Uzun zaman islamçı Müsəlman Qardaşları qrupunun yüksək səviyyəli rəsmisi olan Mursi 2013-cü ildə hakimiyyətinə qarşı kütləvi etirazlardan sonra Misir ordusu tərəfindən devrilib.

Arxiv fotosu - Müsəlman Qardaşları təşkilatınınü üzvləri və Misirin sabiq prezidenti Məhəmməd Mursinin tərəfdarları Qahirədə Misir ordusunun televiziyada bəyantını açıqlamasından sonra Raba Əl-Ədviyiə məscidi qarşısında etiraz edir, 3 iyul, 2013.
Arxiv fotosu - Müsəlman Qardaşları təşkilatınınü üzvləri və Misirin sabiq prezidenti Məhəmməd Mursinin tərəfdarları Qahirədə Misir ordusunun televiziyada bəyantını açıqlamasından sonra Raba Əl-Ədviyiə məscidi qarşısında etiraz edir, 3 iyul, 2013.

Müsəlman Qardaşlarının Azadlıq və Ədalət siyasi partiyası bazar ertəsi veb səhifəsində yaydığı bəyanatda bildirib ki, Mursinin “məqsədli yavaş ölümünə” görə Misir rəsmiləri məsuliyyət daşıyır, çünki onlar “onun dərmanlarını gizlədib və ona iyrənc yemək verib. Onlar onun fundamental insan haqlarını təmin etməyib”.

Mursinin hakimiyyətdən devrilməsindən sonra Misir ordusu sabiq prezidenti həbs edib və Müsəlman Qardaşları təşkilatının üzvlərini təqib edib. Mursi İran və Qətərin xeyrinə casusluq etmək və 2012-ci ildə nümayişlər zamanı misirli etirazçıları öldürmək də daxil olmaqla bir sıra ittihamlarla üzləşirdi. Human Rights Watch təşkilatı Mursiyə qarşı ittihamları siyasi adlandırıb.

Mursi hakimiyyətdə olduğu zaman onun yaxın müttəfiqi olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi sabiq prezidenti “şəhid”, Misirin hazırkı prezidenti Əbdel Fəttah Əl-Sissini isə “qəddar” adlandırıb.

XS
SM
MD
LG