Accessibility links

Misirli futbol şərhçisi məğlubiyyətdən sonra həyatını itirib


Misirli futbol şərhçisi Əbdürrəhim Məhəmməd Misir-Səudiyyə Ərəbistanı görüşü zamanı keçinib.

O, oyundan sonra görüşü şərh etməli imiş.

Amma Səudiyyə Ərəbistanının qələbə qolundan sonra ürək tutmasından ölüb.

Məhəmmədi xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Misir millisi qrupun son görüşündə Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə məğlub olub.

Məhəmməd yerli "Ez-Zemalik" klubunun keçmiş məşqçisidir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı son dəqiqədə vurduğu qolla Misirə 2:1 hesabı ilə qalib gəlib. Amma yığmalardan heç biri növbəti mərhələyə adlaya bilməyiblər.

XS
SM
MD
LG