Accessibility links

Misir məhkəməsi müstəntiqin qətlinə görə 28 nəfərə ölüm hökmü çıxarıb


Qahirə kriminal məhkəməsi şənbə günü 2015-ci ildən aparıcı müstəntiqi qətl etdikləri üçün 28 nəfərə ölüm hökmü və 15 nəfərə 25 illik həbs cəzası verilməsi qərarı çıxarıb.

İyun ayında məhkəmə Misirin baş dini rəhbəri, Ali Müftiyə ölüm cəazsının qəbul edilməsini tövsiyə edib. Ali Müfti bu tövsiyəni təsdiq və ya rədd edə bilər.

Ali Mühtinin təsdiqindən sonra şənbə günü məhkəmə tərəfindən verilən qərar appellyasiya edilə bilər.

Misirin ictimai müstəntiqi Hişam Barakat Qahirədə avtomobil bombası hücumu zamanı öldürülmüşdü. Bu qətlə görə Müsəlman Qardaşlığı və Həmas militantları ittiham edilirdi. Hər iki qrup qətldə iştiraklarını inkar ediblər.

XS
SM
MD
LG