Accessibility links

Misirli qadınların hicaba münasibəti [Video]


Misirli qadınların hicaba münasibəti
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Misirli qadınların hicaba münasibəti

Misirdə bəzi müsəlman qadınlar baş örtüyü taxmırlar. Onlar Amerikanın Səsinə hicaba münasibətlərini və istədiklərini geyinmək hüququ naminə apardıqları mübarizədən bəhs ediblər.

Bir çox qadın üçün hicab geymək öz seçimləridir. Çoxları üçün isə bu, dindarlığı təmsil edir. Misirdə isə din dəbdədir.

Səhər Arabi
Səhər Arabi

“Mən bunu Allaha daha yaxın olmaq üçün və onu daha xoşbəxt etmək üçün geyinirəm. O, mənim hicabı onun üçün geyindiyimi bilir. Ancaq bundan əlavə hicabla mən özümü yetkin hiss edirəm və ictimiayyət içində də daha yetkin görünürəm,” deyə Mai Hişam bildirir.

2011-ci ildə baş verən iğtişaşdan dərhal sonra canlalan fəallıq nəticəsində bir çox qadın azadlıqlarını təmsil edən simvolik bir jest olaraq hicablarını çıxardı.

“Mənim atam mənə bağırmadı- hicab geyinməyə məcbur etmədi. Amma mən hicab geyinməyə başlayanda çox gənc idim. Buna görə də bu, heç vaxt mənim qərarım olmayıb,” deyə Aya Abdullah bildirir.

Misirli qadınlara həm hicab geyinmək, həm də geyinməmək üçün təzyiq göstərilir. Bəzi dəbdəbəli restoranlar hicablı qadınların girişini qadağan edib. Hicabsız qadınlar isə dostları, ailələri və hətta kənar şəxlər tərəfindən təhqirə məruz qalırlar.

“İlk olaraq taksi sürücüsü mehriban görsənirdi, amma daha sonra o kobud dillə danışmağa başladı və mənə “sənin üzərindəki geyim günahdır, sən insanlar arasına hicabsız çıxmamalısan dedi,” deyə Azza Fədali bildirir.

İranda bəzi kişilər qadınları hicab geyinməyə məcbur edən qanunlara qarşı internet vasitəsilə apardıqları etiraz kampaniyasının bir hissəsi olaraq özlərinin hicablı şəkilərini paylaşırlar.

Amma Misirdəki problem təbəqə sistemidir. Bunu deməyim nə qədər düzgündür bilmirəm, amma əgər orta təbəqədəki insanların evlərinə hicabsız getsəniz, onlar sizə qəribə baxarlar, və sən özünü çox narahat hiss edərsən.
Səhər Arabi

Bəzi misirli qadınar isə bu kampaniyanı dəstəklədiklərini deyir, çünki hər şeydən öncə, onlar geyimlərini özlərinin seçmək haqqına sahib olmalı olduqlarına inanır.

“Bəlkə də bir gün mən hicabı çıxarmağı düşünə bilərəm. Amma Misirdəki problem təbəqə sistemidir. Bunu deməyim nə qədər düzgündür bilmirəm, amma əgər orta təbəqədəki insanların evlərinə hicabsız getsəniz, onlar sizə qəribə baxarlar, və sən özünü çox narahat hiss edərsən,” deyə Səhər Arabi bildirir.

Misir höküməti qadınların nə geyinməli olduqlarına şərt qoymur. Amma Səhər deyir ki, əsl azadlıq hökümət deyil, heç kəsin buna cəhd etmədiyində əldə olunur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG