Accessibility links

Raket hücumunun Ədən körfəzindəki gəmini hədəf aldığı bildirilir


Ədən körfəzi.
Ədən körfəzi.

Dəniz təhlükəsizliyi təşkilatları cümə axşamı Ədən körfəzində bir yük gəmisinə raket hücumu barədə məlumat aldıqlarını bildiriblər.

Bİrləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları agentliyi bildirib ki, gəmiyə iki raket atılıb, nəticədə gəmidə yanğın baş verib.

Bundan əlavə agentlik bildirib ki, Yəmənin Ədən limanından təxminən 130 kilometr aralıda baş verən insidentə “koalisiya qüvvələri cavab verir.”

Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Ambrey gəminin Palau bayrağı altında üzən Birləşmiş Krallığa məxsus yük gəmisi olduğunu müəyyən edib.

ABŞ ordusu çərşənbə günü Yəmənin husilərin nəzarət etdiyi ərazilərində yerləşən gəmi əleyhinə qanadlı raketləri hədəf alan dörd hava zərbəsi endirdiyini bildirib.

ABŞ-ın Mərkəzi Komandanlığı bildirib ki, zərbələr Qırmızı dənizə atılmağa hazır vəziyyətdə olan yeddi mobil qanadlı raketi və raket buraxılış qurğusunu vurub.

CENTCOM bildirib ki, ABŞ qüvvələri həmçinin birtərəfli hücum dronunu vurub.

Hücumlar CENTCOM-un dediyinə görə, “regionda ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə qaçılmaz təhlükə”yə qarşı həyata keçirilib.

Husi militantları noyabr ayından bəri onlarla hücum edərək, Qırmızı dənizdə əsas nəqliyyat marşrutunu pozub. Bir çox gəmiçilik şirkəti ərazidən yayınmağa qərar verib və daha uzun və bahalı yolu seçərək, gəmilərini Afrika ətrafından göndərir.

ÇƏrşənbə günü endirilən zərbələr Pentaqon İranın dəstəklədiyi husilərin Yəmən sahili yaxınlığında MQ-9 Reaper dronunu vurduqlarını təsdiqləyəndən bir gün sonraya təsadüf edib.

Birləşmiş Ştatlar çərşənbə günü husilərin Qırmızı dənizə hücumlarını pisləyib və bildirib ki, onlar dünyanın humanitar yardıma ehtiyacı olan hissələrinə ərzaq və dərmanın tədarükünün xərclərini artırır və ləngidir.

“Husilərin idda etməyə çalışdıqlarının əksinə, onların hücumları fələstinlilərə kömək etmir,” ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyanatında deyib. “Onların əməlləri Fələstin xalqına bir tikə yemək və ya yardım çatdırmır.”

Husiləe deyib ki, onlar Qəzzada gedən müharibə fonunda fələstinlilərlə həmrəylik nümayiş etdirirlər.

Miller vir daha vurğulayıb ki, Birləşmiş Ştatlar Qırmızı dənizdə münaqişə axtarmır. Orada ABŞ qüvvələri husilərin hücumlarının qarşısını alıb, habelə Yəməndə husilərin raket obyektlərinə qarşı bir neçə dəfə havadan zərbə endirib.

“Biz və bizim tərəfdaşlarımız naviqasiya azadlığını və kommmersiya gəmilərini bu mühüm beynəlxalq su yolunda husilərin hücumlarından qorumaq və regiondakı ölkələrə həyati əhəmiyyət daşıyan iqtisadi və humanitar yardımı mühafizə etmək üçün, lazım olduğu kimi, müvafiq tədbirlər görməyə davam edəcəyik,” Miller deyib.

Forum

XS
SM
MD
LG