Accessibility links

İtkin düşən israilli yeniyetmənin cəsədinin tapılması İordan çayının qərb sahilində əlavə zorakılıqlara səbəb olub


Cümə günü itkin düşən israilli yeniyetmənin cəsədi şənbə günü İordan çayının qərb sahilində tapılıb. İsrail rəsmiləri onun “terror hücumu”nda oldürüldüyünü bildirir.

“Oğlanın mənfur qətli…ciddi cinayətdir,” Netanyahu açıqlamasında deyib.

14 yaşlı oğlanın cəsədi dron vasitəsilə aşkar edilib. O, Ramallah şəhəri yaxınlığındakı Malaçi Haşalom məntəqəsi yaxınlığında tapılıb ki, o, orada qoyun otararkən yoxa çıxmışdı.

İsrail mətbuatına əsasən, Binyamin Açimair son dəfə cümə günü yaxınlıqda mal-qaranı otarmaq üçün məskunlaşanların yaşayış məntəsəsini tərk edərkən görülüb. Qoyunların saatlar sonra onsuz məntəqəyə geri gəldiyi bildirilir.

İsrail mediası Açimairin güllələnmədiyini desə də, necə öldürüldüyünü qeyd etməyib.

Onun öldürülməsinə görə məsuliyyətini üzərinə götürən olmayıb.

Açimeirin cəsədinin aşkar edilməsi israilli məskunlaşanlar tərəfindən fələstinli kəndlərə qarşı instensiv zorakılıqlara gətirib çıxarıb.

Onlarla məskunlaşan Açimeirin qətl edildiyi yerin yaxınlığındakı kənddə 12 evi və bir neçə maşını yandırıb. Fələstinli səhiyyə nazirliyi bildirib ki, kənddən üç nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti kritikdir. Sərhəd polisi toplaşan kəndliləri dağıtmaq üçün gözyaşardıcı qaz sıxıb.

Əvvəlki axtarış və hücumlar

AFP müxbirinin bildirdiyinə görə, cümə günü axtarışda iştirak edən yəhudi məskunlaşanlar Malaçi Haşalomun 500 metr qərbində yerləşən Əl-Müqəyyir kəndinə basqın edib.

Fələstinli səhiyyə nazirliyi bildirib ki, ən azı bir nəfər öldürülüb, 25 nəfər yaralanıb.

AFP müxbirlərinin gördüklərinə əsasən, məskunlaşanlar kənddə atəş açıb, bir sıra evləri və maşınları yandırıb, sakinlər isə cavab olaraq daş atıb.

Mer Əmin Əbu Əlyah deyib ki, “məskunlaşanlar itkin düşən israilli oğlanı axtarmaq adı ilə şəhərə basqın edib,” və əlavə edib ki, “onları dəstəkləməyə ordu gəlib.”

Əl-Müqəyyir sakini Ərəfət Əbu Alia deyib ki, İsrail ordusu sakinlərə kəndin yaxınlığında toplaşmalarını deyib. “10-dan çox ev və 50 maşın yandırılıb,” o, AFP-yə deyib.

HƏMAS-la müharibə İordan çayının qərb sahilinə də təsir edir

İsrailin oktyabrın 7-də HƏMAS-a qarşı müharibəsi başlayandan bəri İsrailin işğal etdiyi ərazidə gərginlik artıb. ABŞ-ın terror qrupu olaraq tanıdığı HƏMAS oktyabrın 7-də İsrailin cənubuna hücum edərək, təxminən 1200 nəfəri öldürüb, 240-dan çox insanı girov götürüb.

HƏMAS-ın hələ də təxminən 100 nəfəri, habelə ya girov ikən ya da müharibəyə səbəb olan terro hücumu zamanı öldürülən 30-dan çox insanın cəsədini saxladığı ehtimal olunur.

HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyinin məlumatına görə, İsrailin həmin hücumdan bəri cavab olaraq Qəzzada apardığı hücum nəticəsində, 33 mindən çox insan öldürülüb. İsrail qüvvələri HƏMAS-I məhv etmək məqsədi ilə anklavın böyük bir hissəsini dağıdıb və Qəzza əhalisinin böyük bir hissəsini didərgin salıb. Hazırda 1 milyondan çox insan cənub sərhəddə yerləşən Rəfah şəhərinə sığınıb.

İordan çayının qərb sahilində 460-dan çox fələstinli, əsasən də ordunun basqınları və özbaşına hərəkət edən israilli məskunlaşanların səbəb olduğu atışmalar nəticəsində həlak olub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG