Accessibility links

İtkin düşmüş insanları axtaranların köməyinə çatan laboratoriya [Video]


İtkin düşmüş insanları axtaranların köməyinə çatan laboratoriya
please wait

No media source currently available

0:00 0:02:30 0:00

1990-cı illərdən Balkan müharibəsi zamanı itkin düşənlərin axtarışı ilə məşğul olan təşkilat hazırda fəaliyyətini genişləndiriək, dünya boyu itkin düşənlərin siyahısını hazırlayır. Hollandiyada yerləşən İtkin Düşənlər Komitəsi DNK testlərindən istifadə etməklə cəsədlərin kimliyini müəyyən etmək texnologiyasından istifadə edəcək. Laboratoriya araşdırmaların nəticələri ədalətə xidmət etməklə yanaşı, təzminat tələblərini də mümkün edəcək.

Dünyada milyonlarla insan itkindir. Onların 1 milyonu İraqın payına düşür. Suriyada on minlərlə insanın yeri bəlli deyil. Livan, Kolumbiya, Meksika, Fillippin kimi ölkələrdə çoxsaylı insan zorakılıq qurbanı olub. Təbbi fəlakətlərin də rolu az deyil.

Haaqa komitəsi isveçli İnqrid Qadmansona hamilə qızı və bir yaşlı nəvəsinin 2004-cü ildə Hind okeanında sunami nəticəsində həlak olduğunu sübut edib. Onlar Taylandda istirahətdə olarkən sunamiyə məruz qalıb.

"Mənim üçün, düşünürəm ki, bütüm ailə üzləri üçün bunu bilmək olduqca mühümdür. Əks təqdirdə daimi ümidlə yaşayırsan. İtirdiyin son şey ümid olur. Onun üçün kimliklərin müəyyən edilməsi mühümdür."

Təşkilat Bosniyanın Srevrenitsa soyqırımından sonra təşkil edilib. Baş qərargahı Niderlandda yerləşə bu qurum hazırda dünya miqyasında fəaliyyət göstərir. Təşkilatın baş direktoru Katrin Bombergerin dediyinə görə, məqsəd təzyiqlər və zorakılıq qurbanlarına yardım etməkdir.

"Buaraya gəlib münaqişələr, insan haqları pozuntuları, təbii fəlakətlər, insan alveri quldarlıq, qanunsuz miqrasiya və digər səbəblərlə itkin düşənlər barədə hökumətlərin mövqeyi bizim üçün irəliyə doğru böyük bir addımdır."

Laboratoriyada çalışan alimlər cüzi sümük nümanələri ilə insanların kimliyinin müəyyən edilə biləcəyini deyir.

"Ailə üzvlərindən nümunələr götürüb məlumat bazasına yerləşdiririk. Bu yolla yaxın qohumlarla böyükmiqyaslı müqayisələr aparırıq."

İnsan hüquqları fəalları bu laboratoriyanın müharibə cinayətkarlarını ədalət məhkəməsi qarşısına çıxaracağına ümid edir.

İtkin Düşənlər Komitəsi indiyədək 20 min cəsədin kimliyini açılayıb, təsis edildiyi 1995-ci ildən bəri 30 cinayət işini dəlillərlə təmin edib.

XS
SM
MD
LG