“Mission Impossible: Rogue Nation” 1960-cı illərdə casusluq haqda məşhur televiziya filminin beşinci versiyasıdır. Filmin rejissoru və xarizmatik casus İtan Hant rolunu oynayan 53 yaşlı Hollivud ulduzu Tom Kruz tamaşaçını ekran qarşısında saxlayır. Əvvəlki filmlərdə olduğu kimi aktyor Tom Kruz bütün fəndləri özü yerinə yetirir.
Missiyası mümkün olmayan ordu özünün ən qəddar düşməni ilə üzləşir. Bir qrup hiyləgər və təhlükəli casus öz “böyüklərinə” qarşı çıxaraq, qlobal iqtisadiyyatda hərc-mərclik yaratmağa, dünya liderlərini öldürməyə qalxır. İtan Hant və onun komandası onları yalnız dayandırmalı deyil, həm də Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarəti altında işləməlidir. Gözlənilməz hadisələrdən biri komandanın üzvü, müstəqil agent İlsa Faustun İtanı Sindikata qarşı olması barədə xəbərdarlıq etməsidir.
“Mission Impossible” 5- ın rejissoru Kristofer Makkuarri həm də filmin ssenarisini yazıb. “Mən doğrudan da bunu beynəlxalq tamaşaçı üçün çəkdim və sizi gedə bilmədiyiniz yerlərə apardım. Ona görə biz Vyananı, Londonu, Mərakeşı seçdik” deyə, rejissor bildirir.
Çəkiliş qrupu motosikletlərin olduqca təhlükəli təqibi səhnələrini çəkmək üçün Mərakeş dağ yollarını seçib. Aktyor Tom Kruz: “Mən çox şadam ki, ən yaxşı motosikletçilərlə işləyirəm. Bu o deməkdir ki, biz ən mürəkkəb işləri görə bilirik. Bizdə kaskadyorlar olmadığı üçün, bəzi işləri özümüz görürük.”
Bəli, Tom Kruz bütün kaskadyor səhnələrini özü ifa edir. Elə bu səhnəni də… “Biz nəfəsimizi altı dəqiqə yarım saxlamalıyıq. Əslində bunun uzun bir zaman və çox çətin olması məni təəccübləndirdi.”
Nəfəs kəsən səhnələrə baxmayaraq, Kruz etiraf edir ki, tamaşaçı belə filmləri ən birincisi, maraqlı süjetə görə sevir, burada isə ssenari əsasdır. “Mən filmə tamaşa edərkən həyəcan keçirmək istəyirəm. Mən filmin nədən danışdığını tamaşaçıya çatdırmaq istəyirəm.”
Filmdəki bütün aktyorlar xarizmatikdir. Lakin “Mission Impossible” ın baş qəhrəmanı və kaskadyorluq məharəti göstərən Tom Kruz ulduz olaraq qalır. 150 milyon dollara başa gələn bu filmdə Tom Kruzun özünü 1500 metr hündürlükdə, saatda 320 km sürətlə uçan karqo təyyarəsinə bağlamasını görmək olar.