Accessibility links

Missisipi ştatının keçmiş polis zabiti 40 il müddətinə azadlıqdan məhrum edilib


Kristian Dedmon
Kristian Dedmon

Missisipi ştatı polis idarəsi rəisinin dördüncü keçmiş müavini çərşənbə günü 40 il həbs cəzasına məhkum edilib. O, bu cəzanı özlərini "Goon Squad" (Başkəsənlər dəstəsi) adlandıran bir qrup ağdərili polis zabitinin də iştirak etdiyi iki qaradərilinin işgəncəsinə görə alıb.

29 yaşlı Kristian Dedmon üzr istəyərkən qurbanların üzünə baxmayıb və onlara verdiyi iztirablara görə özünü heç vaxt bağışlamayacağını deyib.

İşdə ittiham olunan altı keçmiş zabitin hər biri 2023-cü ilin yanvarında qonşunun qaradərili kişilərin ağdərili qadınla bir evdə qalmasından şikayət etdikdən sonra Maykl Kori Cenkins və Eddi Terrell Parkeri işgəncələrə məruz qoyduqlarını etiraf edib. Prokurorlar bildiriblər ki, Dedmon həmin şəxslərlə vəhşicəsinə rəftar edəcəyi ilə hədələyib.

ABŞ-ın dairə hakimi Tom Linin çərşənbə günü dediyinə görə, Dedmon Cenkins və Parkerə, eləcə də həftələr əvvəl nəqliyyatı dayandırdığı zaman ağdərili bir kişiyə qarşı "təsəvvür edilə bilinməyən sarsıdıcı və qəddar hərəkətlər" edib.

Aldığı xəsarətlərə görə hələ də danışmaqda çətinlik çəkən Cenkinsin vəkili Dedmonun hərəkətlərinin ona hücum edən digər polislərlə müqayisədə ən azğın hərəkətlər olduğunu deyib.

Cenkins "Rəis müavini Dedmon ABŞ polisinin ən pis nümunəsidir. Dedmon ən aqressiv, ən pis və xəstə bir adamdır" deyib.

Dedmonun hökmündən bir neçə saat əvvəl keçmiş zabit, 28 yaşlı Daniel Opdayk 17 il 6 ay həbs cəzasına məhkum edilib.

Keçmiş altı polis zabitinin hamısı keçən il bir evə order olmadan girməkdə və qaradərililərə tapança və digər əşyalarla işgəncə verməkdə təqsirli olduqlarını etiraf edib.

Çərşənbə axşamı hakim Li 31 yaşlı polis zabiti Hanter Elvarda təxminən 20 il, 46 yaşlı Middltona isə 17 il 6 ay həbs cəzası verərkən, onların hərəkətlərini "biyabıqçı və alçaq" adlandırıb.

Polis rəisinin digər keçmiş müavini, 53 yaşlı Brett Makalpinə və 32 yaşlı polis zabiti Coşua Hartfildə hökm cümə axşamı oxunacaq.

Forum

XS
SM
MD
LG