Accessibility links

Staffan de Mistura: Suriya sülh danışıqları prosesindəki nailiyyətlər nəzərdən keçiriləcək


BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi gələn həftə Suriya sülh danışıqlarının prosesindəki nailiyyətlərin nəzərdən keçiriləcəyini bildirib.

Staffan de Mistura deyib ki, bununla gələcəkdə siyasi prosesin davam etdirilib-etdirilməməsinə qərar veriləcək.

O, Suriya hökumətinin nümayəndə heyətinin bazar günü bu haqda məlumatlandırılıcağını qeyd edib.

Bundan əvvəlki bir çox danıqşıqlara hökumətlə müxalifət arasında prezident Bəşar Əl-Əsədin hakimiyyətdə qalıb-qalmamasına dair narazılıqlar üzündən tez bir zamanda ara verilmişdi.

Müxalifətin nwmayəndə heyətinin rəhbəri Nəsr Həriri müxbirlərə bildirib ki, siyasi keçid dövründə Əsəd hakimiyyətdə olmamalıdır.

2011-ci ildən bəri Suriya münaqişəsində 400 mindən çox insan həyatını itirib, 13 milyon adam humanitar yardıma ehtiyac duyur.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG