Accessibility links

Mitç Makkonnel: Mülleri qoruyacaq qanun layihəsini çox güman ki, blok edəcəm


ABŞ-ın respublikaçı senatoru Mitç Makkonnel deyir ki, o, böyük ehimalla prezident Trampın xüsusi prokuror Robert Mülleri işdən çıxarmasının qarşısını alacaq qanun layihəsini blok edəcək.

Makkonnelin həmkarı, Senatın Ədliyyə Komitəsinin üzvü, vəzifə müddəti başa çatan arizonalı senator Ceff Fleyk Makkonnel Müllerlə bağlı qanun layihəsi üzərində səsvermənin keçirilməsinə imkan vermədiyi təqdirdə Trampın hakim vəzifəsinə nominasiya etdiyi insanların namizədliklərinin qarşısını almaqla hədələyib.

Makkonnel çərşənbə axşamı müxbirlərə həm demokratlar, həm də respublikaçıların qanun layihəsini səsverməyə qoymaq səylərini “problem axtarışında həll yolu” olduğunu deyib.

Bu arada Tramp çərşənbə axşamı Müllerin istintaqına qarşı hücumlarını davam etdirib və tvit ataraq bildirib ki, media “Bob Mülleri müqəddəs kimi qələmə verir, amma əslində o bunun tam əksidir.”

Tramp Mülleri ədliyyə sisteminə böyük ziyan vurmaqda ittiham edir, çünki o, məsələnin təkcə bir tərəfinə baxır. Tramp əlavə edib ki, bu istintaqdan qəhrəmanlar çıxacaq və bu, Müller və onun Qəzəbli Demokratlar Qanqster Qrupu olmayacaq.

Tramp Müllerin istintaqını “ifritə ovu” adlandırıb.

XS
SM
MD
LG