Accessibility links

Mitinq ərəfəsində durum, həbs edilənlər var


28 may metrosu ətrafında polis kordonu
28 may metrosu ətrafında polis kordonu

Milli Şuranın bu gün, oktyabrın 19-da keçirəcəyi mitinq ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının ondan çox fəalı 5 sutkadan 60 sutkayadək inzibati həbsə məhkum edilib. İnzibati həbsə məhkum edilənlərin arasında AXCP sədrinin müavini, keçmiş siyasi məhbus Seymur Həzi (15 sutka), AXCP Rəyasət Heyətinin üzvləri İlham Hüseyn (60 sutka), Fuad Qəhrəmanlı da var.

Bu barədə Amerikanın Səsinə AXCP-dəki mənbələrdən məlum olub.

28 May metrosunun qarşısındakı meydana polis nəzarət edir
28 May metrosunun qarşısındakı meydana polis nəzarət edir

Mənbənin dediyinə görə, AXCP Nizami rayon təşkilatının sədri Paşa Umudov barəsində isə Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə cinayət işi başlanılıb və barəsində 3 ay həbs qəti imkan tədbiri seçilib. Umudov oktyabrın 15-də tutulub və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

Bununla yanaşı çoxsaylı AXCP fəallarına polis tərəfindən xəbərdarlıq edildiyi bildirilir.

Müsavat Partiyası da fəallarına qarşı çoxsaylı təzyiqlər barədə məlumat yayıb.

“Bütün ölkə boyu Müsavat üzvləri təqib olunur. Müsavat Məclisinin üzvü, Kürdəmir təşkilatımızın sədri bir-neçə partiya üzvü ilə birlikdə həbs olunub. Seçki məhbusu Şirvan təşkilatımızın rəhbərlərindən biri Saday Hacılı həbs olunub. Cəlilabad təşkilatımızın sədri Azər Əsgər hazırda polis idarəsindədir. Daha iki Məclis üzvümüz Akif Bədirli, Əlipənah Rzalı polisə çağrılıb. Mingəçevir təşkilatımızın sədri Ağahüseyn Mahmidbəyli, Zərdab təşkilatımızın sədri Ceyhun Məmmədli, Bilasuvar təşkilatımızın rəhbərlərindən biri Qoshqar Nuraliyev Şəki, Xızı, Xaçmaz, Astara, Masallı, Göyçay, Xəzər, Salyan təşkilatlarının sədrləri və başqaları polisə çağrılıb. Müavinim Razim Əmiraslanlinın evinə polis gəlib. Aqil Mahmudov Göyçay polisinə çağrılıb. Ramiz Abdulla da həbs edildi. Bu hələ tam siyahı deyil. Biz müxalifətin birgə aksiyalarına nail ola bilməsək də hakimiyyət repressiv tədbirlərə başlayanda Müsavatı AXCP dən ayırmır,” Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Hazırda metronun 28 may, Cəfər Cabbarlı və Xətai stansiyalarına giriş və çıxış bağlanıb. 28 may metro stansiyasının qarşısındakı meydana gedən küçələr avtomobillər üçün bağlanıb.

28 may metrosu ətrafında polis avtobusu
28 may metrosu ətrafında polis avtobusu

28 May metro stansiyasının ətrafında çoxsaylı polis qüvvələri yerləşdirilib.

Milli Şura oktyabrın 19-da mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Bakı meriyası mıtinqin mərkəzdən 20 kilometr aralı Qaradağ rayonundakı Lokbatan qəsbəsində keçirməyə razılıq verib. Mitinq təşkilatçıları bununla razılşamayaraq mitinqi metronun “28 may” stansiyası yaxınlığındakı meydanda keçirməyə qərar verib.

Bakı Şəhər Baş Polis İdarəsi aksiyanın meriyanın icazə vermədiyi yerdə keçirilməsinin qarşısını alacağını bildirib.

Hazırda “28 may” metro stansiyasının ətrafındakı küçələrdə çoxsaylı polis əməkdaşları cəmləşib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG