Accessibility links

Milli Şura mitinq keçirəcək


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin təşviqat mitinqi
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin təşviqat mitinqi

Müxalifət qiymət artımına etiraz edir

Milli Şura qiymət artımına etiraz olaraq dekabrın 15-də saat 14-dən 16-dək Yasamal rayonundakı Məhsul stadionunda (İnşaatçılar metrosunun qarşısı) mitinq keçirəcək.

Mitinq Komitəsinin üzvü Gülağa Aslanlı Turana bildirib ki, dekabrın 6-da Milli Şura mitinq keçirəcəyi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Tarif Şurasının qərarı ilə dekabrın 3-də ölkədə benzinin və digər neft məhsullarının qiymətləri 30 faizədək qaldırılıb.
XS
SM
MD
LG