Accessibility links

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin görüş-mitinqi [video]


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin görüş-mitinqi
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin görüş-mitinqi

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Bakıda seçki öncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş-mitinqi keçirilib

​Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Bakıda seçki öncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş-mitinqi keçirilir.

Amerikanın səsinin məlumatına görə, mitinqdə iştirak etmək istəyənlərin xeyli hissəsi artıq mitinqin keçiriləcəyi meydana toplaşıblar.

Prezidentliyə namizəd Cəmil Həsənli, İsa Qəmbər və Əli Kərimlinin mitinq meydanına gəlməsi böyük coşqu ilə qarşılanıb.

Mitinq iştirakçıları "İstefa","Cəmil bəy!" və digər şüarlar səsləndiriblər.


AXCP sədrinin çıxışı
please wait

No media source currently available

0:00 0:00:51 0:00



AXCP sədri Əli Kərimli çıxışında bildirib ki, Azərbaycan xalqı oğru ilə doğru arasındakı fərqi biləcək qədər müdrikdir.


"Neçə illərdir Azərbaycanda hakimiyyəti qəsb etmiş qüvvələr xalqımıza böhtan atır, onun demokratiyaya hazır olmadığını deyir. Amma tariximiz bunu inkar edir. Təkcə tariximiz yox, bu günümüz də bunu təkzib edir"-deyə o bildirib.


Mitinq iştirakçıları "Cəmil bəy" şuarları səsləndiriblər
please wait

No media source currently available

0:00 0:01:30 0:00


Musavat başqanı İsa Qəmbər çıxışında hakimiyyəti sərt tənqid edib. “İlham Əliyevin bir neçə gün şansı var. O,namizədliyini geri çəkməlidir və imkan verməlidir ki, xalq öz prezidentini seçsin”-deyə o bildirib.

İsa Qəmbər siyasi məhbusların adlarını bir-bir sadalayaraq, onların tezliklə azadlıqda olacağına inandığını deyib.
XS
SM
MD
LG