Accessibility links

Milli Şura qiymət bahalaşmasına etiraz mitinqi qətnamə ilə başa çatıb [Videolar]


Milli Şura yanacağın qiymətinin qaldırılmasına etiraz edir
Milli Şura yanacağın qiymətinin qaldırılmasına etiraz edir

Mitinq insidentsiz başa çatıb

Milli Şuranın dekabrın 15-də keçirdiyi qiymət artımına etiraz mitinqinin əsas tələbi Tarif Şurasının neft məhsullarının qiymətlərinin artırılması ilə bağlı qərarının ləğvi olub.

Mitinqin qətnaməsində deyilir ki, qiymət artımı ölkədə növbəti bahalaşmaya səbəb olub və qiymət artımı davam edəcək.

Sənəddə habelə bildirilir ki, digər sahələrdə qiymət artımının baş verəcəyi barədə məlumat və müzakirələrlə bağlı xalqa aydın və etibarlı şəkildə rəsmi izahat verilsin. “Hökumətin belə niyyəti varsa imtina etsin və qiymətlərin qaldırılmayacağı barədə zəmanət versin”.

Mitinq iştirakçıları həmçinin bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) şübhəli sövdələşmələri və son on ildə ölkədən 17 milyard manatın qanunsuz çıxarılması ilə bağlı beynəlxalq hesabatlarla əlaqədar Milli Məclisdə müzakirə açılmasını tələb edib. “Hökumət aydın və reallığa uyğun izahat versin. Bu qanunsuz əməliyyatlara görə cavabdehlər cəzalandırılsın”, deyə sənəddə qeyd edilir.

Tarif (qiymət) Şurası Aİ-95 benzininin 1 litrini 80 qəpiyə, Aİ-92 və Aİ-80 benzininin litrini 70 qəpiyə, dizel yanacağının litrini 60 qəpiyə qaldırıb. Orta hesabla neft məhsullarının qiymətləri 25-30 faiz qaldırılıb. Bu isə digər məhsul və xidmətlərinin qiymətlərinin artırılmasına rəvac verib.

Mitinqdə hökumətin ünvanına sərt tənqidlər səslənib. Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycanın hazırkı hakimiyyətini antimilli və cinayətkar adlandırıb.

AXCP sədri Əli Kərimli hökuməti 2014-cü ildə Azərbaycanın Avropa İttifaqı ilə assosiativ saziş imzalamağa çağırıb. “Hökumət bunu etməsə Azərbaycan xalq edəcək. Necə ki, Ukrayna edir”, o qeyd edib.

Mitinq zamanı dəfələrlə hökumətin istefası və hazrkı prezidentin istefası ilə bağlı şüarlar səslənib.

Mitinqdə Ukrayna xalqının mitinqlərinə dəstək bildirilib və Müsavat başqanının bu məqsədlə Kiyevə səfər etdiyi vurğulanıb.

Mitinq insidentsiz başa çatıb.


Milli Şura qiymət bahalaşmasına etiraz mitinqi başa çatıb
please wait

No media source currently available

0:00 0:01:30 0:00
Milli Şura qiymət bahalaşmasına etiraz mitinqi qətnamə ilə başa çatıb-1
please wait

No media source currently available

0:00 0:01:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG