Accessibility links

Dekabrın 14-də Müsavat Partiyası mitinq keçirəcək


Dekabrın 14-də Müsavat Partiyası mitinq keçirəcək
Dekabrın 14-də Müsavat Partiyası mitinq keçirəcək

Mitinqdə siyasi məhbuslara azadlıq tələb ediləcək

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının dekabrın 14-nə təyin etdiyi mitinqə icazə verib.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Amerikanın Səsinə bildirib ki, mitinq bazar günü saat 15-dən 17-dək “İnşaatçılar” metrosuinun yaxınlığındakı keçmiş “Məhsul” stadionunda keçiriəcək.

“Mitinqdə “İnsan haqlarını qoruyaq!”, “Siyasi məhbuslara azadlıq!” şüarları qaldırlacaq. 3 min insanın iştirakını planlaşdırırq”, Aslanlı qeyd edib.

O ,hər hansı qurumun xüsusi olaraq aksiyaya dəvət edilmədiyini bildirib.

“Biz bütün siyasi partiyaları, ictimai qurumları, QHT-ləri, gənclər təşkilatlarını və ümumilikdə bütün vətəndaşları mitinqə dəvət edirik. İnsan haqları fundamental dəyərdir və hər bir şəxs bu dəyəri müdafiə etməlidir”, Müsavat başqanının müavini deyib.

XS
SM
MD
LG