Accessibility links

Mitinqdən öncə 8 müxalifət fəalı həbs edilib


Milli Şuranın mitinq qərarından sonra 6 gün ərzində müxtəlif ittihamlarla 8 nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP), 1 nəfər Müsavat Partiyasının funksioneri inzibati həbsə məhkum edilib.

AXCP bildirir ki, Emil Səlimov - AXCP Gənclər Komitəsinin sədri 20 sutka, Nicat Abdullayev - AXCP Ali Məclisinin üzvü 20 sutka, Nicat Nizamov - AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü - 20 sutka, Paşa Umudov - AXCP Nizami rayon şöbəsinin sədri - 30 sutka, Saqif Qurbanov - AXCP Rəyasət Heyətinin üzvü - 20 sutka, Kamran Əmirov - AXCP Saatlı rayon şöbəsinin fəalı - 17 sutka, Elşən Təhməzov - AXCP Nərimanov rayon şöbəsinin fəalı - 23 sutka, Namiq Abbasəliyev – AXCP Sabunçu rayon şöbəsinin fəalı - 30 sutka inzibati qaydada həbs edilib.

Müsavat Partiyasının məlumatında isə deyilir ki, yanvarın 18-də axşam saatlarında partiyanın Gənclər Komitəsinin üzvü Elman Quliyev 15 sutka inzibati həbsə məhkum edilib.

Milli Şura yanvarın 19-da “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə aksiya keçirib. Aksiyada iştirak edən minlərlə insan siyasi məhbusların, o cümlədən mitinq öncəsi saxlanılan fəalların dərhal həbsdən azad edilməsini istəyib.

Rəsmi qurumlar müxalifət fəallarının həbsi barədə hələ məlumat yaymayıb.

XS
SM
MD
LG