Accessibility links

Mitinqin təşkilatçıları bu gün yenidən Bakı meriyasına müraciət edəcək


“Biz Lökbatan qəsəbəsində mitinq keçirməyəcəyik. Bakı şəhər İcra Hakimiyyətinə fevralın 16-da Bakının mərkəzində uyğun yerdə mitinq keçirməklə bağlı yenidən, bu gün müraciət edəcəyik.”

Bu barədə mitinqin təşkilatçılarından D18 Hərəkatının rəhəbri Ruslan İzzətli Amerikanın Səsinə bildirib.

Bakı Şəhər İcra Hakimiyyəti ReAl, Müsavat partiyalarının, D18 Hərəkatının və bəzi müstəqil namizədlərin fevralın 16-da 28 May metro stansiyasının qarşısındakı meydanda mitinq keçirməklə bağlı məktublarına mənfi cavab verib. İcra Hakimiyyəti fevralın 12-də əvvəlcə mitinqin keçirlməsini qeyri-mümkün saysa da, sonradan fikrini dəyişərək alternativ yer olaraq mitinqin fevralın 16-da Bakıdan 20 kilometr aralıda, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsini təklif edib.

XS
SM
MD
LG