Accessibility links

Mitt Romni Ayova kokuslarında qələbə çaldı


Mitt Romni Ayova kokuslarında qələbə çaldı
Mitt Romni Ayova kokuslarında qələbə çaldı

Sabiq Massaçusets qubernatoru Mitt Romni sosial mühafizəkar Rik Santorumu az fərqlə üstələyərək Ayova Respublikaçılarının kokuslarında qələbə çalıb. Bu kokuslar Respublikaçıların prezidentliyə namizədliyi uğrunda yarışın ilk mərhələsi sayılır.

Partiya rəsmisi bu gün elan edib ki, uzun müddət öndə gedən Romni sabiq Pennsilvaniya senatorunu cəmi 8 səslə üstələyib. Öz tərəfdarları qarşısındakı çıxışında Romni kampaniya platformasının başlıca müddəalarını açıqlayıb.

“Mən həmçinin federal xərclərin azalması, öz xərclərimizdəki ixtisarlar və büdcənin balanslaşdırılması üzərində işləyəcəyəm. Hesab edirəm ki, trilyonlarla dollar borc alaraq övladlarımızın gələcəyini israf etmək vicdansızlıqdır,” deyə Romni bildirib.

Romni Nyu Hempşirdəki sorğularda öndə gedir. Burada praymerilər yanvarın 10-da keçiriləcək.

XS
SM
MD
LG