Accessibility links

Mixail Qorbaçov: "Moskva və Vaşinqton təcili masa arxasında oturmalıdır"


Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçov dünya boyu militarizasiya tendensiyasının təhlükəli olduğunu deyərək, Moskva ilə Vaşinqtonun nüvə silahı ilə bağlı danışıqlar aparmaq üçün təcili masa arxasına keçməli olduğunu deyib.

1980-ci illərdə silahlara nəzarətə təkan verən, demokratiya yönümlü islahatlara çağıran və Soyuq Müharibənin sona çatmasına töhfə vermiş Qorbaçov deyib:

Təhlükəli tendensiyalar baş verir - hər şey göz qabağındadır.

“Təhlükəli tendensiyalar baş verir - hər şey göz qabağındadır. Mən ikisini bilirəm. Bunlar beynəlxalq qanunlara hörmətsizlik və dünya siyasətində genişlənən militarizasiyadır.”

Birləşmiş Ştatlar prezidenti Donald Tramp administrasiyası Moskvanı nüvə razılığını pozmaqda ittiham edərək avqust ayında Nüvə Qüvvələri Müqaviləsindən (INF) rəsmi şəkildə çıxdı.

Rusiya və ABŞ nüvə silahlarını məhdudlaşdıran yeni müqavilə üzərində fikir ayrılıqlarına malikdir.
Rusiya və ABŞ nüvə silahlarını məhdudlaşdıran yeni müqavilə üzərində fikir ayrılıqlarına malikdir.

Moskva sazişə məhəl qoymadığı barədə iddiaları rədd etsə də, Prezident Vladimir Putin təhlükəsizliyin təmin ediməsi üçün qadağan olunan nüvə silahı istehsalından başqa çarəsi olmadığını deyib.

Birləşmiş Ştatlarla Rusiya arasında nüvə silahının ləğvi ilə bağlı imzalanan Yeni START müqaviləsinin müddəti 2021-ci ildə başa çatır. Bu razılaşma dünyanın nüvə gücünə malik iki nəhənginin nüvə başlıqlarının sayını məhdudlaşdırır.

Putin Moskvanın paktı uzatmaa hazır olduöunu, lakin ABŞ-ın məsələyə soyuq yanaşdığını iddia edir. ABŞ rəsmiləri isə paktın tam yenisi ilə əvəzlənməsini təklif edir.

XS
SM
MD
LG