Accessibility links

"Rusiyanın seçkilərimizə müdaxiləsi qəbuledilməzdir!"


Mitç MkKonnell, ABŞ Senatında Respublikaçı çoxluğun lideri
Mitç MkKonnell, ABŞ Senatında Respublikaçı çoxluğun lideri

Senatdakı Respublikaçı çoxluğun lideri Mitç MkKonnell Rusiya hakerlərinin ABŞ seçkilərinə müdaxiləsi üzərində təhqiqata başlanmasını dəstəklədiyini bildirib. Bu, yüksək ranqlı Respublikaçı qanunverici ilə prezident seçilmiş Respublikaçı Donald Tramp arasındakı fikir ayrılığına işarə edir.

Qoy mən öz payıma deyim: Ruslar bizim dostumuz deyil.

Amerikanın kəşfiyyat icmasını alqışlayan MkKonnell bildirib ki, o, kəşfiyyatçılara, ələlxüsus Trampın ötən günlərdə tənqid atəşinə tutduğu Mərkəzi Kəşfiyyat Agentliyinə (CIA) etimad göstərir.

Respublikaçı gələcək prezident Rusiyanın seçkilərə müdaxilə etdiyini sual altına alaraq CIA-in nəticələri ilə razılaşmadığını deyib. “Məncə bu növbəti bəhanədir. Mən buna inanmıram," Tramp Fox News telekanalına müsahibədə bildirib.

Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) Rusiyanın Donald Trampı prezident seçdirmək üçün səy göstərdiyi qənaətinə gəlib.
Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) Rusiyanın Donald Trampı prezident seçdirmək üçün səy göstərdiyi qənaətinə gəlib.

Hər iki partiyanı təmsil edən qanunvericilər Con Makkeyn (R), Lindsi Qraham (R), Çak Şumer (D) və Cek Rid (D) bazar günü kəşfiyyatçıların Rusiya ilə bağlı tapıntıları üzərində təhqiqata başlanılmasına çağırıblar.

“Qoy mən öz payıma deyim: Ruslar bizim dostumuz deyil," MkKonnell bazar ertəsi keçirdiyi mətbuat konfransında müxbirlərə söyləyib. “Bizim yanaşmamız ona əsaslanmaldır ki, ruslar bizə yaxşı heç nə arzulamırlar.”

Prezident Putinin rəhbərliyi altında Rusiya Amerika maraqlarına zərbə endirən təcavüzkardır.

Nümayəndələr Palatasının Respublikaçı spikeri Paul Ryan da MkKonnellə eyni mövqeyi paylaşdığını bildirib.

“Seçkilərimizə hər hansı bir xarici müdaxilə qəbuledilməzdir. Rusiya tərəfdən belə bir müdaxilə xüsusilə problemdir. Belə ki, prezident Putinin rəhbərliyi altında Rusiya Amerika maraqlarına zərbə endirən təcavüzkardır.”

XS
SM
MD
LG