Accessibility links

Mladiç ömürlük həbs cəzasına məhkum olunub


BMT-nin Haaqa müharibə cinayətləri tribunalı Bosniyanın sabiq serb ordu lideri Ratdo Mladiçə hökm oxuyub. O,1990-cı illərdə keçmiş Yuqoslaviyada baş verən münaqişə zamanı müharibə cinayətləri törətməkdə günahlandırılıb.

Məhkəmə Mladiçə qarşı irəli sürülən soyqırım, müharibə cinayətləri, təqib, deportasiya və insanlığa qarşı cinayət daxil olmaqla, 11 ittihamın 10-na görə hökm oxuyub. Ona ömürlük həbs cəzası verilib.

“Bosniyanın Qəssabı” kimi tanınan Mladiç 1992-ci ildən 1995-ci ilədək davam edən Bosniya müharibəsi ilə əlaqəli olaraq başladılan məhkəmədə müharibə cinayəti ittihamları ilə üzləşən ən son keçmiş hərbi liderdir.

Mladiç Sarayevoda snayper kampaniyalarına başçılıq etməkdə və 1995-ci ildə İkinci Dünya Müharibəsindən sonra Avropada yaşanan ən tələfatlı soyqırım zamanı Srebrenitsada 8 min müsəlman kişi və oğlanın öldürülməsində rol oynamaqda ittiham olunurdu.

Məhkəmə Mladiçin Srebrenitsada Bosniyanın müsəlman əhalisini məhv etmək istədiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG