Accessibility links

Trampın vergi ödənişləri açıqlanacaqmı?


ABŞ maliyyə naziri Stiven Mnuçin nazirliyin Donald Trampın vergi ödənşlərinin açıqlanması tələbinə baxılıb-baxılmayacağına qərar vermədiyini deyib. Tələbdə çərşənbə gününədək vergilərin açıqlanmasına qoyulan möhlət başa çatıb.

Mnuçin Nümayəndələr Palatasının Büdcə Komitəsinin sədri Riçard Nilə onun şöbəsinin müraciətini nəzərdən keçirdikdən sonra Ədliyyə Departamenti ilə məsləhətləşmələr aparacağını yazıb.

Prezident Tramp vergi bəyannamələrini açıqlanması mövzusunda daha qətiyyətli olub.

"Xeyr, elə bir qanun yoxdur. Bilirsiniz ki, mən eyni məsələ ilə son dəfə seçilmişəm və yoxlanışda olduğum müddətdə bunu etməyəcəyəm. Mən yoxlanış olmasa idi, bunu edərdim. Bununla heç bir problemim yoxdur. Ancaq yoxlamada olduğum müddətdə vergilərimi açıqlamaycam. Belə bir qanun yoxdur”, Donald Tramp deyib.

Trampdan öncə onilliklər boyu prezidentlər vergi bəyənnamələrini könüllü olaraq ictimaiyyətə açıqlayıb.

Ağ Ev prezidentin Mnuçin və ya ABŞ Vergi idarəsinin başçısının müdaxiləsini istəmədiyinə dair suallara cavab verməyib.

Maliyyə nazirliyi sənədləri təqdim etməsə, Nilin məhkəməyə müraciət etmək kimi bir seçimi var. Lakin onun qarşıdurma mövqeyindən çıxış edib-etməyəcəyi bəlli deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG