Accessibility links

Mobil cihazlar oxuya bilməyənlər üçün yeni yollar təklif edir


Mobil cihazlar oxuya bilməyənlər üçün yeni yollar təklif edir
please wait

No media source currently available

0:00 0:02:00 0:00

İstər tekst mesaj olsun, istər xəbərlər əldə edilməsi olsun, istər sosial medianın yoxlanılması olsun... Smartfon istifadəsi oxumaq bacarığı yan-yana gedir.

Maks Şatxin, Həmtəsisçi və müşavir, LitOS: “Sənin hazırladığın məlumatları əldə edən insanların oxumaq bacarığından nə qədər asılı olduğu haqda heç düşünmürsən. Bir anlıq dayanıb buna fikir verənə qədər.”

Beləliklə, sən oxumağı bacarmayan insanlar üçün smatfonu necə hazırlaya bilərsən?

Maks Şatxin LitOS adlı texnologiya startapında çalışır

Maks Şatxin: “LitOS oxuya bilməyən insanların ehtiyaclarına müvafiq olaraq hazırlanmış əməliyyat sistemidir. Biz yazıları fotolar, videolar və audio dəstək texnologiyası ilə əvəz etmək istəyirik.”

Bu, qlobal müstəvidə olan bir problemdir. İnkişaf etməkdə olan ölkələrdə getdikcə daha çox insan smartfon sahibi olur. LitOS Hindistanın az təhsilli və az gəlirli insanları ilə çalışır.

Maks Şatxin: “Onların telefonlara çıxışı var. Onlar telefonları artıq ala bilirlər. Hətta İnternet üçün lazım olan ödənişi də edə bilirlər. Amma istifadədə çətinliklər var.”

Məsələn, bir şəxsin nömrəsini əlavə etmək üçün istifadəçinin naviqasiya etməli olduğunu ekranların və tekstlərin sayını nəzərə alın. LitoOS sistemi ilə istifadəçi adı yazmaq əvəzinə, həmin şəxsin kontaktının fotosunu çəkərək, əlavə edə bilər.

Əməliyyat sistemi həm də adların əlavə edilməsi və axtarılmasına smartfonun səs tanıma funksiyasına arxalanır. Bu proqramı hazırlayan komanda az təhsilli istifadəçilərin smtarfonları hal-hazırda necə istifadə etdiklərini də araşdırırlar.

Maks Şatxin: “Əksər hallarda onlar telefon nömrəsinin son 4 rəqəmini axtarırlar. Onlar nömrələrin hamısını beyinlərində saxlaya bilməzlər. Amma əksər hallarda son dörd rəqəmi yadda saxlayırlar.”

Buna görə də, LitOS telefon kitabçası insanların telefon nömrələrinin son 4 rəqəmini göstərir.

Gələcəkdə, konteksti anlayan səsli köməkçi istifadəçilərə daha çox kömək edə biləcək.

Maks Şatxin: “O, hər səhifədə nə baş verdiyini bilir və sizə müvafiq məlumatı verir. Məqsəd oxuya bilməyən əhaliyə məlumata hər kəsin malik olduğu çıxışı verməkdir.”

Az təhsilli insanlar üçün oxuya bilməmək artıq hadisələrdən təcrid olmaq demək deyil.

XS
SM
MD
LG