Accessibility links

Mobil kitabxana əfqanıstanlı uşaqları oxumağa həvəsləndirir [Video]


Mobil kitabxana əfqanıstanlı uşaqları oxumağa həvəsləndirir
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Mobil kitabxana əfqanıstanlı uşaqları oxumağa həvəsləndirir

Bu avtobus şəhərin ictimai nəqliyyat sisteminin bir hissəsi kimi görünür, amma avtobus sərnişin əvəzinə uşaq və yeniyetmələr üçün 500-dən çox kitab daşıyır. Avtobus hər gün səhər saatlarından gecəyə qədər Kabil küçələrində dolaşaraq öz qapılarını xoşbəxtliyi oxumaqda tapan insanların üzünə açır.

Çarmahz adlanan bu avtobus Əfqanıstan paytaxtındakı ilk mobil kitabxanadır.

Kabil şəhərində 5 milyon əhali yaşamasına baxmayaraq cəmi 12 ictimai kitabxana mövcuddur. Kitab avtobusu şəhərin fərqli nöqtələrində dayanaraq gənc oxuculara müxtəlif cür şeir, tarix və hekayə kitabları təqdim edir.

Freşta Karim portative kitabxanın yaradıcılarından biridir.

"Mən kitabxanaya gedə bilmədiyim anda uşaqlığımın cazibəsini itirdim. Buna görə mən bu layihəyə başlamaq qərarını verdim. İnsanlar buraya gəlib kitab oxuyarkən onları uşaqlıqlarından zövq alan uşaqlar kimi görürəm. Bəzi uşaqlar çox yorğun görünsə də kitab oxumağa başladıqdan sonra bu yorğunluq keçib gedir. Biz kitab vasitəsilə uşaqların üzünə xoşbəxtlik gətirmək istəyirik." - deyə, o bildirib.

Karim əfqanıstanlı uşaqların öz ölkələrinin üzləşdiyi çətinlikləri daha yaxşı başa düşüb, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirə bilsinlər deyə onlara oxumaq sevgisini aşılamaq istəyir.

Kabil küçələrində ilk dəfədir mobil kitabxana fəaliyyət göstərir. Ancaq layihə təşkilatçılarının planı odur ki, bu xidməti daha da genişləndirib,paytaxt sərhədlərində kənarda yaşayan insanların da istifadə edə bilməsinə imkan yarada bilsinlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG