Bir çox ölkə vətəndaşlarına koronavirus dövründə maska taxmağı tövsiyə edir. Amerikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi son zamanlar ictimai yerlərdə parça maskalardan istifadə edilməsini məsləhət görür. Los Ancelesdə özü tibb bacısı olan bir moda dizayneri maska istehsalına başlayıb.
Los Ancelesdə bir moda dizayneri özü tibb bacısı olaraq yeni ideya ilə işə başlayıb.
“Bunların elastik qulaqlıqları var. Burun üçün xüsusi simləri var. Bunun ölçüsünə görə simləri sıxmaq olur. Bunların həm də kisələri var” - deyə, dizayner Sonia Smit-Kanq bildirib.
Bu biznes Amerikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin son zamanlar ictimai yerlərdə parça maskalardan istifadə edilməsini məsləhət görməsindən əvvəl başlayıb.
Sonia Smit-Kanq geyim şirkətinin artıq qalan parçalarından maskalar dizayn və istehsal edir. Onun istehsal etdiyi maskaları sosial medaida paylaşması ilə bu maskalara tələbat olduqca artıb.
“Bir gecədə təkcə yüzlərlə səhiyyə işçisi deyil, gəzmək və ya müəyyən şərtlərə görə maskalara ehtiyac duyan çoxsaylı insandan sifariş almışıq.”
Satılan hər maskaya bir maska ianə edilir.
Smit-Kanq ölkə boyu səhiyyə işçilərinə yüzlərlə maska göndərib.
“Hazırladığımız maskaları tez bir zamanda göndəririk.”
E-commerce website-na istinadən üz maskaları da daxil edilməklə, əl işlərinə son 2 həftə ərzində tələbat artıb. Bu səhifə maska hazırlayanlar üçün xüsusi sifariş qaydaları hazırlayır.
Xəstliklərə Nəzarət Mərkəzi həm də parçalarla üzlərin örtülməsini məsləhət görür. Belə ki, bir çox xəstədə koronavirus simptomları müşahidə edilmir. Üzləri bağlamaqla virusun yayılmasına mane olmaq mümkündür.
“Bu yolla özünüzü virusdan qorumursuuz, həm də başqalarının yoluxmamasına yardım edirsiniz” - deyə, Firas Zabane bildirib.
Firas Zabaneh Hyuston Methodist xəstəxanasında infeksiyalara nəzarət proqramına rəhbərlik edir.
O, maskaların taxılması ilə belə məsafə saxlamağın və maskalara əl dəyməməyin əhəmiyyətini vurğulayır.
“İnsanlar maska taxmağa adət etməyib. Əgər əllər təmiz deyilsə, maskalara virus keçə bilər. Bu, maskalar əllə düzəldildikdə və ya çıxarıldıqda baş verə bilər.”
Mərkəz səhiyyə işçilərinə parça və ikiüzlü cərrahiyyə maskaları, habelə N95 tənəffüs cighazlarından istifadə etməyi məsləhət görür.
Kanq-Smit və onun komandası maskaların istehsalı və ianəsini davam etdirəcək.