Accessibility links

“Yaşıl xalı" mükafatı müsabiqəsi [Video]


“Yaşıl xalı" mükafatı müsabiqəsi
please wait

No media source currently available

0:00 0:01:52 0:00

Artıq ikinci ildir keçirilən “Yaşıl xalı" moda mükafatı müsabiqəsi dünya boyu yeni nəsil dizaynerləri bir araya gətirir. Müsabiqə iştirakçıları kimyəvi boyaları təbii boyalarla əvəz etmək, təkrar emal olunan mallardan istifadə etməklə etikanı estetika ilə əvəz etməlidir.

Moda müsabiqələri gənc dizaynerlərə özlərinin istedadını nümayiş etdirmək üçün bir imkandır.

Parisdə keçirilən “Haute Couture” moda həftəsi digərlərindən o qədər də fəqlənməsə də, burada əsas diqqət üsluba verilir. Bu, Milanda keçirilən “Yaşıl xalı moda mükafatı” təqdimatının bir hissəsidir.

34 yaşlı Gilberto Kalzoları də daxil olmaqla, bu müsabiqədə iştirak edən dizaynerlər qeyri-adi materiallardan istifadə edib. “Mən parça yerinə “Jute” qəhvə çuvallarından istifadə etdim. Buradakı hər parça təbii materialdır. Mən bunun rəngini də çox sevdim.”

Silviya Covanardi öz dizaynında bambukla pambıq liflərindən və qeyri-toksik rənglərdən istifadə edib. Bu müsabiqə ekologiya barədə qlobal həssaslığının artıdğı vaxta təsadüf edir.

Ellen Mac-Arthur Fondunun bu yaxınlardakı araşdırmalarının nəticələrinə görə, paltarların 1 faizdən az hissəsi yenidən emal olunur. Dizayner David Qrillo: “Bu paltarın yuxarı hissəsi istifadə edildikdən sonra tullanan və yenidən emal olunan şüşə qırıntılarıdır və əllə tikilib. Ətək isə İtaliyada boyanıb və üzərindəki şüşələr əllə tikilib”

Münsiflər heyəti 5 finalisti seçərək, onların ekoloji baxımdan ziyansız görüşlərini ticari müvəffəqiyyətə çevirməsinə imkan yaradıb. Müsabiqənin təşkilatçısı Liviya Fört: “Biz etika ilə estetikanın birgə mövcudluğunu sübut etdik. Odur ki, ipək təbiidir deyə estetikada kompromisə getməyə ehtiyac yoxdur. İstər orqanik, istərsə də normal, bu, ipəkdir."

Müsabiqənin qalibləri sentyabrın 23-də elan ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG