Accessibility links

Model BMT tələbələrə diplomatiya və sosial bacarıqlar öyrədir


Model BMT tələbələrə diplomatiya və sosial bacarıqlar öyrədir
please wait

No media source currently available

0:00 0:01:40 0:00

On illərdir məktəb şagirdləri və universitet tələbələri Model BMT-də iştirak edir. Bu, BMT iclaslarını simulyasiya edən konfransdır və məqsədi tələbələri diplomatiya və beynəlxalq münasibətlər barədə maarifləndirməkdir.

“Bizə dünyadakı böyük problemləri əhatə edən spesifik mövzular verilir. Biz bir araya gəlib, həmin msələni müzakirə edib, müxtəlif həll yolları irəli sürürük”– deyə, Colegio Interamericano universitetinin ikinci kurs tələbəsi Angelo Vasgez bildirir.

Angelo Vasgez Qvatemala şəhərindən olan altı tələbədən biridir. O, Bruneyi təmsil edir. Amma o ona bu tapşırıq verilmədən öncə Bruney barədə heç nə bilmirdi.

“Burada 18-dən çox ölkədən, 27-dən çox ştatdan 3000-dən çox məktəb şagirdi var. Onların böyük bir hissəsi beynəlxalq nümayəndə heyətləridir və onlar 40 müxtəlif komitədə iştirak edir”, Model BMT-nin Şimali Amerika bölməsindən Alissa Kardos deyir.

İştirakçıların çoxu beynəlxalq münasibətlər və diplomatiya haqda öyrənməklə yanaşı sosial bacarıqları üzərində işləyir.

“Mən çox antisosial insanam. Amma nə üçünsə bura gələndə belə olmamağa qərar verdim və burada çox sosial oldum. Bu isə əladır, çünki buradakı insanların çoxu çox yaxşıdır. Siz hər kəsə yaxınlaşıb ‘Siz də model BMT-də iştirak edirsiniz?’ deyə soruşa bilərsiniz və bunun ardınca avtomatik olaraq onlarla münasibət qurursunuz”, Colegio Interamericano-nun birinci kurs tələbəsi İzabel Kanadin bildirir.

“Mən burada çox gözəl zaman keçirirəm. Müəllimin tərəfindən burada iştirak etməyə çağırılmaq və təkccə məktəbimi deyil, Qvatemalanı təmsil etmək mənim üçün bir zövqdür”, Angelo Vazgez deyir.

İştirakçıların çoxu burada təkcə onlar ilə birlikdə səfər edən məktəb yoldaşları ilə deyil, həm də başqa ölkədən gələn iştirakçılarla həyatları boyu unutmayacaqları dostluqlar qururlar.

XS
SM
MD
LG