Accessibility links

Moderna peyvəndinin istifadəsi üçün təcili təsdiq tələb edir


Dərman istehsal edən Moderna şirkəti testlərinin 94% təsirli olduğunu göstərdikdən sonra ABŞ və Avropaya koronavirus peyvəndi paylamaq üçün təcili icazə tələb edib.

Amerikanın biotexnoloji şirkətinin tələbi dekabrın ortalarından başlayaraq tibb işçilərinin xəstələri vaksinlə təmin edə bilməsidir. Bunlar Moderna və ya sınaqları uğurlu olan digər kooperativ Pfizer-BioNTech kimi şirkətlərin koronavirusa qarşı profilaktiki vasitələri ola bilər. Lakin bu şirkətlər ilk öncə tənzimləyici orqanların təsdiqini əldə etməlidir.

Moderna 30 000 nəfər üzərində kliniki sınaqlar keçirdiyini və nəticələrinin ən yaxşı pediatrik peyvəndlərlə eyni səviyyədə olduğunu bildirib.

İstehsalçı şirkət bildirib ki, COVİD-19-a yoluxmuş 196 könüllünün 185-də plasebo (psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti) maşahidə edilib. Moderna plasebo qrupuna daxil olanların 30 nəfərinin (biri ölüm halı olmaqla) vəziyyətinin ağır olduğunu deyib.

Moderna və Pfizer peyvəndlərinin təcili istifadəsi tələbləri ABŞ-da koronavirusa yoluxma hallarının sayı sürətlə artması, gündə on minlərlə yeni yoluxma halının qeydə alınması səbəbindəndir.

Səhiyyə işçiləri milyonlarla insanın keçən həftə Şükran səyahətlərinə çıxması barədə xəbərdarlıqlara məhəl qoymadığına görə virusun daha da yayılmasından və qarşıdan gələn Milad və Yeni il bayramları həftəsi də yenidən səyahət edə biləcəklərindən xüsusilə narahat olduqlarını deyirlər.

XS
SM
MD
LG