Accessibility links

Moderna vaksinləri koronavirusun yeni variantlarını neytrallaşdıra bilər


ABŞ-ın Moderna əczaçılıq şirkəti bazar ertəsi bildirib ki, onun istehsal etdiyi COVID-19 peyvəndi Britaniya və Cənubi Afrikada aşkar edilən koronavirusun yeni variantlarını da neytrallaşdıra bilər.

Şirkət açıqlamasında Moderna-nın iki dozalı COVID-19 peyvəndinin bu günə qədər aşkar edilmiş virus növlərindən qorunmasını təmin etmək üzərində işlər apardığını bildirib.

Şirkət COVID-19 peyvəndinin əlavə gücləndirici dozasının effektivliyi də daxil olmaqla, davam edən pandemiyaya qarşı proaktiv şəkildə mübarizə aparmaq üçün klinik sınaqlarını davam etdirəcəyini deyib.

Bu məlumat ABŞ səhiyyə rəsmilərinin virusun dünya boyu yayılmaqda davam etdiyi zaman ortaya çıxan bir neçə variantını izləmə əylərini artırdıqlarını bildirdikdən bir gün sonra açıqlanıb.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Roşel Valenski bazar günü verdiyi bir müsahibəsində əsas məqsədin peyvəndlər və eyni zamanda terapiyanın yeni variantlara təsirini izləmək olduğunu deyib.

Valenski Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin koronavirus mutasiyalarının izlənilməsi sahəsində Milli Səhiyyə İnstitutu, Ərzaq və Dərman İdarəsi ilə yanaşı, Pentaqonla da əməkdaşlıq etdiyini deyib.

Bu arada Ağ Ev də Cənubi Afrikada meydana gələn koronavirusun yeni variantı ilə əlaqədar narahatlıqlarını ifadə edərək, bu ölkədən gələn amerikalı olmayan vətəndaşların girişlərini məhdudlaşdıracağını bildirib.

XS
SM
MD
LG