Accessibility links

Moderna peyvəndi 12-17 yaş arasındakı yeniyetmələrə də tətbiq edilə bilər


ABŞ-ın Moderna bio-texnologiya şirkəti COVID-19 peyvəndinin son sınaqlarının 12-17 yaş arasındakı yeniyetmələr üçün etibarlı və təsirli olduğunu deyib. Şirkət effektliyini təsdiq etmək üçün gələn ay peyvəndi ABŞ-ın Ərzaq və Dərman İdarəsinə (FDA) təqdim edəcəyini bildirib.

Moderna veb saytına yerləşdirilən açıqlamasında araşdırmalarda 12 yaşdan 17 yaşa qədər 3700-dən çox insanın iştirak etdiyini deyib. İlkin nəticələr peyvəndin yeniyetmələrin immun sisteminə yaşlılarda olduğu kimi eyni təsir göstərdiyi, qollarda ağrı, baş ağrısı və yorğunluq kimi eyni müvəqqəti yan təsirlərin olduğu göstərib.

Moderna-nın baş direktoru Stéfan Bansel şirkətin nəticələrdən ruhlandığını və istifadəsinə icazə üçün iyun ayının əvvəlində peyvəndi Ərzaq və Dərman İdarəsinə və digər qlobal tənzimləyici orqanlara təqdim edəcəyini bildirib.

Bu ayın əvvəlində Pfizer-BioNTech tərəfindən istehsal olunan COVID-19 peyvəndi ABŞ və Kanadada yeniyetmələrin istifadəsi üçün təsdiqlənmiş ilk peyvənd olub. Avropanın dərman tənzimləyicisi, Avropa Dərman Agentliyi (EMA) hal-hazırda şirkətin yeniyetmələrin istifadəsi üçün olan peyvəndini nəzərdən keçirir.

Həm Pfizer, həm də Moderna daha kiçik uşaqlar, 11 yaşından 6 aylıq körpələrə qədər testlər etməyə başlayıb. Bu testlər daha mürəkkəbdir. Belə ki, yeniyetmələrə böyüklərlə ilə eyni dozada peyvənd vurulduğu halda, kiçik uşaqlar üçün doza daha kiçik olmalıdır. Mütəxəssislər bu araşdırmaların nəticələrini bu ilin sonunda əldə edəcəklərinə ümid edir.

XS
SM
MD
LG