Accessibility links

Mogerini: Orta Asiyada islahatlar uzun və "hərdən ağrılı" prosesdir


.

“Avropa Birliyi Orta Asiyada demokratik dəyişikliyi təşviq etməkdə davam edir”.

Bunu, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federika Mogerini Türkmənistan və Qırğızıstana səfərini başa vurduqdan sonra-iyulun 7-də AzadlıqRadiosuna müsahibəsində deyib.

O qeyd edib ki, regionda islahatlar aparılması uzun və “hərdən ağrılı” prosesdir.

Federika Mogerini deyib ki, Avropa Birliyi demokratik dəyişiklik yönündə irəliləmək üçün Orta Asiya ölkələrinə motivasiya verə bilər və bunun üçün birliyin “təcrübəsi, səbri və resursları” var.

O qeyd edib ki, Avropa Birliyi “daima Orta Asiya ölkələri liderləri ilə görüşlərdə siyasi islahatlar,mətbuat azadlığı və insan haqları ilə bağlı məsələ qaldırır və onları inandırmağa çalışır ki, insan haqları sahəsində vəziyyətin yaxşılaşması, onların ölkəyə xarici sərmayə cəlb etmək və beynəlxalq imiclərini qaldırmaq şansını artıracaq”.

Mogerini iyulun 6-da Türkmənistanda olub və səfər zamanı birliyin Aşqabadda yeni nümayəndəliyinin açılışı olub.

Yeni ofisin əvvəlkindən fərqli olaraq, tam heyyətli status olacaq.

Mogerini Türkmənistandan sonra qonşu Qırğızıstana yollanıb və iyulun 7-də Avropa Birliyi-Orta Asiya forumunda çıxış edib.

Human Rights Watch insan haqları təşkilatı səfər ərəfəsində Mogerinini Qırğızıstana səfəri zamanı insan haqları-xüsusilə ömürlük həbsə məhkum edilmiş hüquq müdafiəçisi Azimjan Askarov barədə məsələ qaldırmağa çağırmışdı.

Mogerini ölkə rəsmiləri ilə ikitərəfli görüşlərdə bu məsələnin müzakirə edildiyini bildirib, amma əlavə detallara aydınlıq gətirməyib.

AzadlıqRadiosu

XS
SM
MD
LG