Accessibility links

Moskvada internet azadlığının müdafiəsi mitinqində 20 nəfər saxlanıb


Moskvada hökumətin internet azadlığının qarşısını almaq cəhdlərinə qarşı keçirilən mitinqdə 20 nəfər saxlanıb. Bu haqda məlumatı mitinqin koordinatoru Sergey Udaltsov verib.

Mayın 13-də yüzlərlə nümayişçi popular Telegram sosial media platformasının bloklanmasına qarşı mitinqdə iştirak edib. Bəzi iştirakçılar hökumət əleyhinə şüarlar bağırıb və internetdə senzuraya qarşı mesajların yazıldığı plakatlar daşıyıb.

“Solçu Cəbhə, anarxistlər və başqa təşkilatlardan təxminən 25-30 nəfər saxlanıb. Onlar kordonların əhatəsindən çıxarılıb və avtobuslara yerləşdirilib”, Solçu Cəbhə müxalifət partiyasının koordinatoru Sergey Udaltsov İnterfaks xəbər agentliyinə bildirib.

Moskvada Telegram xidmətinin bloklanmasına etirazlar, 30 aprel, 2018.
Moskvada Telegram xidmətinin bloklanmasına etirazlar, 30 aprel, 2018.

Polis Azad İnternet naminə şüarı altında keçirilən mitinqində təxminən 1000 nəfərin iştirak etdiyini bildirib.

Bir sıra müxalif siyasətçi, o cümlədən, keçmiş baş nazir Mixail Kasyanov mitinqdə iştirak edib.

Mayın 1-də minlərlə nümayişçi Moksva və Sank Peterburqda küçələrə çıxaraq, hökumətin internet azadlığını məhdudlaşdırılması cəhdlərinə qarşı etiraz edib.

Aprelin 30-da Moskvada Telegram şəbəkəsinin bloklanmasına etiraz edən təxminən 10 min nəfər nümayiş keçirib.

Keçən ay Telegram sosial media platformasının bloklanması Rusiya hökumətinin fərqli düşüncəyə malik insanların ifadə imkanlarını azaltmağa çalışdığı ilə bağlı narahatlıqların artmasına gətirib çıxarıb.

XS
SM
MD
LG