Accessibility links

Moldova COVAX sistemi çərçivəsində peyvənd alan ilk Avropa ölkəsi oldu


Moldova prezidenti Maia Sandu
Moldova prezidenti Maia Sandu

Moldova Prezidenti Maia Sandu ölkəsinə aşağı gəlirli ölkələr üçün nəzərdə tutulmuş qlobal COVAX sistemi çərçivəsində COVID-19 peyvəndləri göndərildiyini bildirib. Bunula da Moldova COVAX sistemi ilə peyvənd əldə edən ilk Avropa ölkəsi olur.

"Astra-Zeneca peyvəndinin 14,400 dozası səhiyyə işçilərini immunizasiya etməyə və virusun yayılmasının qarşısını almağa kömək edəcək. Moldova vətəndaşlarının mümkün qədər tez pulsuz COVID-19 peyvəndləri ilə təmin oluması üçün əlimizdən gələni edirik" deyə Sandu Facebook-da bildirib.

Qərbyönümlü prezident Almaniyaya və Aİ-nın digər üzv dövlətlərinə, eləcə də ABŞ, Britaniya, Kanada, Yaponiya və Avropa Komissiyasına “həmrəylik” göstərdiklərinə görə təşəkkür edib.

Dünya Səhiyyə Təşkilatı martın 4-də yaydığı açıqlamasında bildirib ki, Moldava COVAX vasitəsi ilə əhalisinin təxminən yarısını - 1.7 milyon insanı əhatə edəcək qədər dozada peyvənd əldə edəcək.

Ölkə peyvəndləri əldə etmək üçün qlobal mübarizədən çətinlik çəkdiyi üçün indi ianələri məmnuniyyətlə qarşılayır. Keçən ay Moldovanın dərman tənzimləyicisi Pfizer-Biontech, AstraZeneca eləcə də Rusiya istehsalı Sputnik V vaksinindən istifadəni təsdiqləyib.

Ötən ilin noyabrında keçirilən seçkilərdə rəqibi Sanduya məğlub olan Rusiya tərəfdarı keçmiş prezident İqor Dodon rəqibini Rusiya peyvəndini almağa mane olmaqda günahlandırıb. Lakin Sandununofisi bu iddianı rədd edib.

Bunula yanaşı ötən həftə Rumıniya da Moldovaya 21 min doza AstraZeneca peyvəndi ianə edib. Bununla da Avropanın ən kasıb ölkələrindən birində peyvənd kampaniyasını başlatmaq imkanı yaranıb.

XS
SM
MD
LG