Ölkədə aylardır dalana dirənmiş siyasi vəziyyətdən çıxmaq üçün yeni hökumət qura bilməməsi səbəbindən Konstitusiya Məhkəməsinin rusiyapərəst prezident İqor Dodonu vəzifəsindən uzaqlaşdırmaq qərarı Moldovadakı siyası böhranı daha da dərinləşdirib.
Dodonun Sosialist Partiyasının şənbə günü koalisiya hökuməti quracağını bildirməsinə baxmayaraq, məhkəmə bu qərarın yeni hökumətin formalaşması üçün verilən 90 günün bitməsindən bir gün sonra verildiyini bildirib.
Bazar günü məhkəmə sabiq baş nazir Pavel Filipi ölkənin müvəqqəti prezidenti təyin edib.
Məhkəmənin qərarından sonra parlamenti dərhal buraxan Pavel Filip Kişinyovda minlərlə tərəfdarı qarşısında çıxışı zamanı növbədənkənar prezident seçkilərinin sentyabrın 6-da keçiriləcəyini elan edib.
İqor Dodon isə məhkəməni Filipin Demokratik Partiyasına qərəzli olmaqda ittiham edərək, beynəlxalq ictimaiyyəti bu məsələyə müdaxiləyə çağırıb. O, eləcə də Moldova xalqını səfərbərliyə və dinc etirazlara səsləyib.