Accessibility links

Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək


Moldovanın Mərkəzi Seçki Komissiyası bazar ertəsi erkən saatlarda prezident seçkilərində müxalifət liderinin ölkənin hazırkı prezidentdən daha çox səs topladığını, lakin bunun ikinci turdan qaçmaq üçün yetərli olmadığını bildirib.

Mərkəzi Seçki Komissiyasının bildirdiyinə görə, bülletenlərin demək olar ki, hamısı saydıqdan sonra keçmiş baş nazir Maya Sandu 36,10 faiz, prezident İqor Dodon isə 32,66 faiz səs toplayıb.

Səsvermənin ikinci turunun noyabrın 15-də keçirilməsi planlaşdırılır.

Avropanı dəstəkləyən siyasi platformadan çıxış edən Maya Sandu namizədliyini Moskva ilə sıx əlaqə saxlayacağına söz verən Moldova prezidentinə qarşı irəli sürüb.

2006-2009-cu illər arasında, Kommunist hökumətinin ölkəyə başçılıq etdiyi dövrdə iqtisadiyyat naziri olan Dodon Moldova məktəblərində rus dilinin məcburi olmalı olduğunu deyib.

1991-ci ilə qədər keçmiş Sovet respublikası olan 3,5 milyondan bir az çox əhalisi olan Moldova uzun müddətdir Avropa Birliyi ilə möhkəm əlaqələri inkişaf etdirənlərlə Moskva ilə yaxın münasibətlərə üstünlük verənlər arasında bölünmüş vəziyyətdədir.

Ukrayna ilə Rumıniya arasında yerləşən ölkənin ana dili rumın dili,mədəni irsi Rumıniya ilə sıx bağlıdır.

Şərhlərə bax

XS
SM
MD
LG