Accessibility links

Moldovanın müxalifət namizədinin prezident seçkilərinin qalibi olduğu proqnozlaşdırılır


Proqnozlara görə Moldovanın müxalifətdən olan namizədi prezident seçkilərinin ikinci turunun qalibidir.

Moldova Mərkəzi Seçki Komissiyasının saytında dərc olunan nəticələrə görə, bazar günü axşama qədər səslərin demək olar ki, hamısı sayılıb və Avropa tərəfdarı Maya Sandu 57 faiz səslə 43 faiz səs toplayan rusiyapərəst prezident İqor Dododan irəlidədir.

Keçmiş baş nazir və Dünya Bankının keçmiş işçisi olan 48 yaşlı Maya Sandu Avropa ilə sıx əlaqədar siyasi platformasından prezident seçkilərinə qatılaraq, ənənəvi olaraq "strateji tərəfdaş" kimi Moskva ilə sıx əlaqələr saxlayacağına söz verən Moldova prezidenrti ilə rəqabət aparıb.

Tərəfdarları gecə paytaxt Kişinyovun mərkəzində müxalifət qərargahı qarşısında qələbəni qeyd edədrək, "Prezident Maya Sandu" və "gənclər üçün ölkə" şüarları səsləndirib.

2006-2009 illər arasında ölkənin kommunist hökuməti dövründə iqtisadiyyat naziri olan 45 yaşlı Dodon "barış, sosial ədalət və xristian dəyərlərinə səs verdiyini" deyib.

"Biz Avropa İttifaqı və Rusiya ilə yaxşı əlaqələr saxlamalıyıq" - deyə, Dodon bildirib.

Noyabrın 1-də keçirilən seçkilərin ilk turunda mərkəz sağçı siyasətçi Sandu kifayət qədər səs almasa da, onun göstəriciləri hakimiyyətdə olan prezident üçün gözlənilməz olmuşdu.

1991-ci ilə qədər Sovet İttifaqının tərkibində olub, 3,5 milyondan çox əhalisi olan Moldova uzun zamandır Moskva ilə yaxın münasibətlərə üstünlük verən və Avropa İttifaqı ilə möhkəm əlaqələri inkişaf etdirmək istəyən siyasətçilər arasında bölünüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG