Accessibility links

Moldovada prezident seçkilərinin ikinci turu keçirilir


Moldovada prezident seçkilərinin ikinci turu keçirilir. Seçicilər Moskvaya yaxın hazırkı prezident İqor Dodon və Avropa tərəfdarı, müxalifət lideri Maia Sandu arasında seçim edir.

Moldovanın Mərkəzi Seçki Komissiyası iki həftə əvvəl Sandunun ilk turda Dodondan daha çox səs qazandığını, lakin ikinci turun keçirilməməsi üçün səslərin yetərli olmadığını bildirib.

Komissiya ilk turda keçmiş Baş nazir Sandunun 36,10%, Dodonun isə 32,66% səs aldığını demişdi.

48 yaşlı Sandu ənənəvi olaraq "strateji tərəfdaş" kimi Moskva ilə sıx əlaqələri qoruyacağına söz verən prezidentə qarşı Avropa tərəfdarı bir siyasi platforma ilə Moldovanın ən yüksək vəzifəsinə namizəd olub.

2006-2009-cu illər arasındakı kommunist hökuməti dövründə iqtisadiyyat naziri olan 45 yaşlı Dodon da Moldovadakı məktəblərdə rus dili tədrisinin icbari olduğunu bildirirdi.

3.5 milyondan çox əhalisi və 1991-ci ilə qədər Sovet respublikası olan Moldova uzun müddət Avropa Birliyi ilə möhkəm əlaqələri inkişaf etdirənlərlə Moskva ilə yaxın münasibətlərə üstünlük verənlər arasında bölünüb.

Ukrayna ilə Rumıniya arasında yerləşən bu ölkənin ana dili rumın dilidir və mədəni irsi Rumıniya ilə sıx bağlılığa malikdir.

XS
SM
MD
LG