Accessibility links

Mone əsərlərindəki çiçəklər Nyu-York sərgisində


Mone əsərlərində Fransanın şimal Jiverni şəhərindəki bağçasında yetişdirdiyi çiçəkləri və su bağlarını təsvir edib

Nyu-Yorkun Bronks məhəlləsindəki 100 hektarlıq Botanika Bağında fransız impressionist rəssam Klod Monenin 40 il çəkdiyi rəsm əsərlərindəki çiçəklər yetişdirilir.

İmpressionist rəssam Monenin çiçəkləri
please wait

No media source currently available

0:00 0:02:34 0:00


Klod Mone bir vaxtlar yazmışdı ki, mən gül çəkən rəssam olmalıyam. O, əsərlərində Fransanın şimal Jiverni şəhərindəki bağçasında yetişdirdiyi çiçəkləri və su bağlarını təsvir edib. İndi isə Nyu-York şəhərində Monenin Jivernidəki çiçək bağına bənzər bağ nümayiş etdirilir.

Karen Dobman sərginin direktorudur. “Mone həqiqətən gözəl bağban idi. Onun müxtəlif bitkilərdən saldığı bağ və əsərlərində canlandırdığı güllər indi Nyu-Yorkun Botanika Bağında nümayiş etdirilir.” deyə, o bildirir.

Rəngarəng güllərin yer aldığı bu bağa Monenin evinin girəcəyində yazılan “Böyük xiyaban” adı verilib.

Karen Dobman: “Mone bağının əsas bitkisi aqapantusdur. Onun əsərlərində buna geniş yer verilir. Buna görə bu bitkinin bağda yetişdirilməsi qərarı verilib. Burada günəbaxanlar və qızıl güllər də var."

Mone bağının əsas hissəsini qızıl güllər təşkil edir. Fransada imprenissionizmin banısı olan Monenin Fransadakı bağı ən böyük turizm mərkəzidir.

Karen Dobman: “Mone deyərdi ki, mənim ən gözəl əsərim bağımdır.”

Mone bağı artıq şöhrət qazanıb. Yayın qızmar çağlarında buraya çoxsayılı turist gəlir.

Ziyarətçi Leann Pixter: “Olduqca gözldir. Əlbəttə mən Bronksdansa, Jiverniyə üstanlük verədim. Amma hər halda bu da gözəldir.”

Sərgidə Monenin və Jiverninin foto-şəkilləri, habelə rəssamın iki əsəri nümayiş etdirilir ki, bunlardan biri Amerikada heç vaxt sərginlənməyib. Rəsm əsərlərinin hər ikisində də Monenin çox sevdiyi qaymaqçiçəyidir. Sərgi oktyabrın 21-dək davam edəcək.
XS
SM
MD
LG