ABŞ hökuməti bazar ertəsi bildirib ki, Bavariya Nordic şirkətinin BAVA.CO Jynneos adl; meymun çiçəyi peyvəndinin ABŞ-ın bir müəssisəsində qablaşdırmasını dəstəkləmək üçün təxminən $11 milyon dollar ayıracaq.
Yeganə təsdiqlənmiş meymun çiçəyi peyvəndini istehsal edən Danimarka şirkəti bu ayın əvvəlində iki dozalı peyvəndi qablaşdırmaq üçün Miçiqanda yerləşən Grand River Aseptic Manufacturing şirkəti ilə müqavilə imzalayıb.
İstehsalın bu ilin sonunda ABŞ-da başlanacağı gözlənilir. Səhiyyə və İnsan Xidmətləri Departamenti bildirib ki, bu məbləğ istehsalçıya daha çox işçi qəbul etməyə və əlavə avadanlıq almağa yardım edəcək.
Qlobal miqyasda meymun çiçəyinə yoluxma hallarının sayı 47,600-ü keçib Bunlardan 17 mindən çoxu ABŞ-da qeydə alınıb.
Jynneos peyvəndi məhdud sayda olduğu üçün ABŞ tənzimləyiciləri bir qabdan bir yox, beş doza peyvənd vurulmasına razılıq veriblər.
ABŞ əvvəlcə 3 milyon doza sifariş verib və iyul ayında daha 2,5 milyon doza istəyib. Bavarian Nordic şirkəti əlavə dozaların ABŞ-da qablaşdırılacağını bildirib.
Ümumilikdə 5,5 milyon doza bu və növbəti il üçün nəzərdə tutulub.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin direktoru Roşel Valenskinin keçən həftə bildirdiyinə görə, avqust ayının 23-nə qədər ölkədə 207 min dozadan çox Jynneos peyvəndi vurulsa da, çox az adam tam qorunma üçün ikinci dozanı almayıb.