Accessibility links

ÜST: Dünya boyu 6000-dən çox meymun çiçəyi yoluxması qeydə alınıb


Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, 58 ölkədə 6000-dən çox meymun çiçəyi xəstəliyi qeydə alınıb ki, onlardan 80%-dən çoxu Avropadadır.

Təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus çərşənbə günü Cenevrədən virtual mətbuat konfransında bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının bu ayın sonunda bu xəstəliklə bağlı qlobal səviyyədə fövqəladə vəziyyət elan edib-etməməsini müəyyən edəcəyi gözlənilir.

"Mən virusun miqyasından və dünyada yayılmasından narahat olmağa davam edirəm" deyən Tedros və əlavə edib ki, testlərin olmaması səbəbindən bir çox yoluxma halları bildirilmir.

Afrikada endemik olan viral infeksiya normal olaraq yüngül keçir və qripə bənzəyir, lakin dəri zədələnməsinə səbəb ola bilir. Bu epidemiya may ayında başlayıb. Mövcud ştamın ölüm nisbətinin nə olduğu aydın deyil, lakin əvvəlki ştamlarda bu təxminən 1% idi.

ÜST-ün Avropa üzrə regional direktoru Hans Henri P. Klaq cümə günü verdiyi açıqlamada deyib ki, virusun əksər halları 21-40 yaşlı, çoxu başqa kişilərlə cinsi əlaqədə olan kişilərdə aşkar edilib.

Lakin o əlavə edib ki, "az sayda hallar hazırda ailə üzvləri, heteroseksual təmaslar və qeyri-cinsi əlaqələr, eləcə də uşaqlar arasında da qeydə alınıb".

Associated Press xəbər verir ki, ABŞ-da meymun çiçəyi xəstəliyindən ölüm halları qeydə alınmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. "Hizbullah" lideri: Müharibə başlasa, İsraildə "təhlükəsiz yer olmayacaq"
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG