Accessibility links

Monqolustanın uşaq cokeyləri


Monqolustanın uşaq cokeyləri
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Monqolustanın məşhur at yarışları ölkə boyu çox mühüm mərasim hesab edilsə də, hüquq müdafiə qrupları yarışlar zamanı atlara verilən dərmanların artması, atların sərt davranışı və uşaq cokeylərin təhlükəsizlik qaydalarının pozulmasından narahatdır.

Monqolustan Milli Travmatologiya və Ortopediya Tədqiqatları Mərkəzinin hesablamalarına görə, ölkə boyu keçirilən yüzə yaxın yarışda on mindən çox uşaq iştirak edir və yarışlar zamanı orta hesabla 600 uşaq cokey atdan yıxılır. 2017-ci ildə bu səbəbdən 169 uşaq ölüb.

Çoxu 7 yaşlarında olan uşaqlar yay tətili zamanı oyun oynamaqdan zövq alırsa, Namun bunu edə bilmir. O, hər səhər tezdən yuxudan oyanaraq, məşq üçün atını yəhərləyir. Qobi səhrasının kənarında, köçəri bir ailədə böyüyən Namun Monqolustanın ən böyük at yarışı Nadaamda iştirak etmək üçün çox çalışmalıdır. "At sürməyə 5 yaşımda başladım və 4 ildir ki, yarışıram. Atam atları yetişdirir və mən yarışlar üşün onlarla məşq edirəm. ”

Monqol məhkəmələri hər il qeydə alınan çox sayda ölüm və xəsarət hallarına görə uşaqların qış və yazda keçirilən at yarışlarında iştirakına qadağa qoyub. Lakin 2016-cı ildə tətbiq olunan yeni qaydalara baxmayaraq, at yetişdirən ailələrin çoxu uşaq cokeyləri yəhərə mindirməkdə davam edir. “Cokey olmaq uşaqların sağlamlığına xeyirdir. Onlar daim məşq edir və bu milli ənənədir. Namun bu günə qədər heç xəsarət almasa da, yarışlar zamanı mən narahat oluram" - deyə, Namunun anası Qançimey bildirir.

Yarışlar zamanı 25 km. məsafəni qət etmək o qədər təhlükəli olmasa da, atlara verilən gücləndirici dərmanların getdikcə artırılması hiddət doğurur. İnsan haqları qrupları uşaqların həyatını təhlükə altına qoyuduqlarına görə at təlimçilərini ittiham etdir.

Artıq təqaüddə olan yarış təşkilatçıları ənənəvi Nadaam festivalının artıq bir biznesə çevrilməsindən, atlar və uşaq cokeylərin isə təhlükə qarşısında olmalarından narahatdırlar. Keçmiş at təlimçisi Tsegmid Sainbayar: “Mən atları 1970-ci illərdə təlim etməyə başlamışdım. Atların daha güclü və hazırlıqlı olmaları üçün onlara əlavə yem verərdik. Hazırda isə bu qaydalar dəyişib və hər şey daha asan olub. Hər şey pul üçündür.”

Qanunlara riayət olunmaması və uşaq ölümünə səbəb olanların nadir hallarda cəzalandırılması at yarışları standartlarının yaxşılaşdırılacağına ümidləri azaldır. Namun isə ailəsini xoşbəxt etdiyinə görə yarışlara davam edəcəyini deyir. "Mən yarışdığım zaman ailəm çox sevinir. Xüsusilə qardaşım, qalib olduqda qardaşım mənim üçün çox sevinir və qürur hissi duyur."

XS
SM
MD
LG